Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəhşiləşmiş bəşərin peyvənd savaşı

Qan Turalı yazır...

Pandemiyanın əvvəlində bəşər şirin xəyallara dalmışdı. Heç bir şey əvvəlki kimi olmayacaqdı. 

“Duyğular daha incə, fikirlər daha dərin...”(M.Müşfiq)  

Bu böyük fəlakət bəşər övladının ürəyini yumşaldacaqdı. Axı bu bəlaya yer üzündə düçar olan yeganə canlı biz idik. Elə bu fakt sübut edirdi ki, bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Və pandemiya dövründə humanist dəyərlərlə yaşayan, milli sərvəti bərabər bölüşə bilən ölkələrin təcrübəsi uğurlu oldu. Xəstələri dövlət hesabına müalicə edən ölkə uğur qazandı.

Eləcə də qapanma təmin edib vətəndaşlarına maddi yardım göstərənlər... 

ABŞ alimləri 97 dəfə Tibb üzrə Nobel mükafatına layiq görülüblər (ikinci yerdə İngiltərə - 30, üçüncü Almaniya - 16). Amma pandemiyanın ən dəhşətli mənzərələri elə ABŞ-ın tarix səhifələrinə yazıldı. Yenə rəqəmlərlə danışaq: ABŞ-ın II Dünya müharibəsindəki itkisi 405 min nəfər olub, Koreya müharibəsində isə 36 min, Vyetnam da 56 min. Cəmi 496 min edir, amma koronavirusdan ölənlərin sayı 596 mindir (10 may 2021). Səbəb? Hərbi xərclərinə 778 milyard dollar ayıran dövlətdə 30 milyondan çox insanın tibbi sığortası yoxdur. 

Bəs ABŞ-ın balaca qardaşı İngiltərə? Əvvəlcə, ortalığa “sürü immuniteti” söhbətini atdılar. Ölənlər öləcək, qalanlar immunitet qazanacaqdı.  Alimlər üsyan edirdi. İngiltərə Milli Səhiyyə Xidmətinin maddi sıxıntılar içində olduğu, tibbi personalının çatışmadığı məlum idi (“Euronyus” belə deyir, “Sputnik” yox). 

BMT-nin əsas sənədi olan “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”sinin 25-ci maddəsi insanın ali hüquqlarından biri kimi “tibbi xidmət” hüququnu təsbit edir. Eləcə də milli qanunvericiliklər... Virusu öz başına burax, kim ölərsə ölsün, qalanlar bizimdir? Düzdür, vəziyyətin pisləşdiyini görüb bu axmaq siyasətdən vaz keçdilər. 

Bəli, bölüşməyi bilməyən, dövlət sərvətini ancaq bir ovuc insan arasında bölüşən ölkələrin təcrübəsi acı nəticələr doğurdu. Ancaq... Vaksin məsələsi ortalığa çıxan kimi yenidən barbarlıq bütün dəhşəti ilə üzə çıxdı.

İngiltərədən başlayaq. BBC-nin, İngiltərə dövlətinin maliyyələşdirdiyi kanalının bir xəbəri: “Boris Conson: “Vaksinləşmədə uğurumuzun arxasında kapitalizm və acgözlüyümüz dayanır”. 67 milyon əhalisi olan ölkənin 400 milyon doza vaksin alması acgözlük deyil, bəs nədir? Boris haqlı idi. 

BMT baş katibi isə fəryad edir: 10 ölkə vaksinlərin 75 faizini alıb, 130 ölkəyə isə bir vaksin belə getməyib.

Avropa Birliyi 450 milyon vətəndaşı üçün 2.6 milyard dozalıq vaksin alır. Amma birliyin bir çox üzvlərinə bu vaksindən pay çatmır. ABŞ isə hər vətəndaşını üç dəfə vaksinasiya edəcək qədər vaksin alıb. Və hətta dozalar uyğun gəlmədiyinə görə 15 milyon doza vaksin zibilə atıldı. Bunu da “Nyu York Times” yazır... 

Dünya Səhiyyə Təşkilatı isə belə deyir: “Dünya faciəvi bir əxlaqi deqradasiyanın eşiyindədir”.

Yazının əvvəlində nə demişdik: “Daha heç bir şey əvvəlki kimi olmayacaqdı”. Elə hər şey əvvəlki kimidir... 

“Dünya düzəlmir ki, düzəlmir, baba!” (M. Araz) (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Etiqadı batil molla oğlu, tülkünü həccə göndərən - Şaiqin həyatı

O iyrənc zorlama xəbəri və qırmızıbaş qadın

Antiterror təşkilatımızın yandırılan möhürü

Sürücüsüz maşınlar gəlir bəs bizim xəyallar?

Ən çox oxunanalar