Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəhşi heyvanların insanların əyləncə məkanlarında çəkdikləri cəhənnəm əzabı

Azərbaycanda fəaliyyət göstərən bəzi istirahət mərkəzlərində vəhşi heyvanlar qəfəsdə saxlanılır. Eyni zamanda, ekzotik quşlar masaların arasında, attraksion ərazisində sərbəst gəzib-dolaşır.

Sahibkarların həmin heyvanları qəfəsdə saxlamaqda məqsədi daha çox turist cəlb etməkdir. Amma həmin heyvanların saxlanıldığı qəfəs baxımsız vəziyyətdə, zibilin, çirkabın içində olur.

Bir müddət əvvəl Altıağacda yerləşən “Cənnət bağı” istirahət mərkəzində də vəhşi heyvanların acınacaqlı vəziyyətdə saxlanılmasına aid görüntülər yayılmışdı.

Bəs iaşə obyektlərinin, istirahət mərkəzlərinin həmin heyvanları bu cür saxlamaq üçün icazələri varmı?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva vəhşi heyvanların qəfəsdə saxlanılması qaydası barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, istirahət mərkəzlərinin zooloji kolleksiya üçün şəhadətnaməsi olmalıdır:

“Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən ictimai iaşə obyektlərində saxlanılması, zooparkların, zoobağların yaradılması zooloji kolleksiya adlanır. Bu, qanunvericiliklə tənzimlənir. Bu kolleksiyalar dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər. Zooloji kolleksiyalar yaradılan zaman dövlət qeydiyyatına alınmalıdır.

Belə ki, hər-hansı bir fiziki və hüquqi şəxs zooloji kolleksiya yaratmaq istəyirsə, mütləq Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə müraciət etməlidir. Kolleksiyada mövcud olan heyvanlar barədə məlumatlar dövlət kadastrına salınır. Həmin mülkiyyətçilər müvafiq şəhadətnamə ilə təmin olunurlar”.

“İctimai iaşə obyektlərində daim zooloji kolleksiyalarla bağlı reydlər aparılır. Hər-hansı bir fiziki və hüquqi şəxs heyvanları qeyri-qanuni saxlayırsa, zooloji kolleksiyalar mövcud deyilsə, eyni zamanda, heyvanların saxlanma şəraiti qənaətbəxş deyilsə, mütləq həmin mülkiyyətçilər barəsində qanuna uyğun tədbirlər görülür”, - deyə xidmət rəisi əlavə edib.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov açıqlamasında bildirib ki, beynəlxalq təcrübədə vəhşi və ev heyvanlarının müvafiq şəraitdə saxlanılması qaydası var:

“Heyvanlara düzgün baxılmırsa, onlar normal yerdə saxlanılmırsa, qidalandırılmırsa, böyük cəzalar var. Azərbaycan qanunvericiliyində heyvanların təbii mühitindən ayrılmasına görə icazələr tələb olunur. Əgər ov növüdürsə, ov lisenziyası ilə əldə edilməlidir. Heyvanları istirahət mərkəzində saxlamaq üçün isə xüsusi lisenziya alınmalıdır ki, bu da əsaslandırılmalıdır”.

O qeyd edib ki, heyvanların qəfəsdə saxlanması və attraksion ərazisində gəzdirilməsinin fəsadları çoxdur:

“Bizim təcrübə göstərir ki, bir zamanlar ayıları daha çox restoranlarda saxlayırdılar. Həmin heyvanları bala vaxtı tuturlar və insanların çox olduğu yerdə süni qidalarla, turistlərin yedikləri ilə qidalandırırlar. Həmin heyvanlar böyüdükdən sonra çox qida, qayğı tələb etdiyinə görə onu saxlayanlara artıq əl vermir və təbiətə buraxırlar.

Təbii ki, heyvanın artıq təbii mühitə bərpa olunması, demək olar ki, mümkün deyil. Çünki o heyvan qəfəsdə qalan zaman insanları görüb və öyrəşib. Təbiətə buraxılandan sonra səs eşidəndə, qoxu hiss edəndə yenidən kəndlərə qayıdacaq.

Yırtıcı olduqları üçün insanlara hücum edə bilər, yaxud da insanlar onu öldürəcəklər. Bəzi restoranlarda quşlar olur ki, onların əksəriyyəti təsərrüfatda yetişdirilənlərdir. Bunları saxlamaqda heç bir problem yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar