Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəhşi heyvan saxlayan şəxslərə - Xəbərdarlıq

Bakıda Böyük Britaniya vətəndaşını meymun dişləyərək xəsarət yetirməsi xəbəri narahatlıqla qarşılanıb...

Report xəbər verir ki, 58 yaşlı əcnəbi vətəndaş dərhal həkimə müraciət edib və ona zərdab vurulub.

Respublikanın Baş Dövlət baytarlıq müfəttişi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyevin ölkədə vəhşi heyvanların ev şəraitində saxlanılması ilə bağlı baytarlıq tələblərinin “Heyvanlar aləmi haqqında” qanunla tənzimləndiyini vurğulayıb:

"Mövcud qanunvericiliyə görə, bu tələblər heyvanların xəstəliklərdən mühafizə edilməsi, dövri olaraq peyvəndlənməsi, qeydiyyatının aparılması, növündən asılı olaraq pasportlaşdırılmasından ibarətdir".

Q.Əbdüləliyev qeyd edib ki, evində, yaxud obyektində vəhşi heyvan saxlayan hər bir şəxs onu AQTA-nın regional bölməsində qeydiyyatdan keçirməlidir:

"Heyvanlara ərazi üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Agentlikdə qeydiyyatdan keçmiş baytarlıq klinikaları tərəfindən baytarlıq xidməti göstərilməlidir. Dövri olaraq heyvanlar peyvənd olunmalı, dezinfeksiyaedici maddə və qurd əleyhinə dərmanlardan istifadə edilməlidir. Heyvanı incitmək, ac saxlamaq, cinsi aktivliklə əlaqədar fəallığına kənar təsirlər göstərmək, bəzi hallarda təbii xüsusiyyətində müşahidə olunan mövsümü passivlik və aktivlik dövrünün qarşısını almaq olmaz.

Bu cür hallar heyvanların aqressivləşməsinə, həm özlərinin, həm də ətrafdakı insanların sağlamlığına təsir göstərə biləcəyinə diqqət çəkən AQTA rəsmisi əlavə edib ki, qanunvericiliyə görə heyvanları 18 yaşından yuxarı insanlar gəzdirə bilərlər: "Bu zaman heyvanın növündən asılı olaraq həm yedək, həm də ağızlıqdan istifadə edilməlidir".

O vurğulayıb ki, heyvanlardan insanlara keçə biləcək bəzi potensial xəstəliklər var: "Məsələn, quduzluq, brusellyoz və qarayara xəstəlikləri misal göstərə bilərik. Bundan başqa helmint xəstəlikləri də var ki, heyvanlar tükləri və təbii ifrazat vasitəsilə onların yumurtalıqlarını yaya bilərlər. Bunun qarşısını almaq üçün heyvanın saxlanıldığı ərazidə xəstəlik riskindən asılı olaraq baytarlıq-sanitariya tədbirləri aparılmalıdır.

Əgər heyvan insanı dişləyibsə, yaxud hər hansı zədə və ya yara yaradıbsa ilk növbədə həmin ərazi üzrə səhiyyə təşkilatına müraciət etmək lazımdır. Bu zaman səhiyyə təşkilatı dərhal hadisəyə reaksiya verməli, yaranmış zədə və yaxud heyvanın sağlamlıq vəziyyətindən asılı olaraq müvafiq tədbirlər görməlidir".

pia.az


Etiket: vəhşi heyvan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar