Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton və Tehran: Yaxın Şərqdə 10 həftə sonra hansı yeniliklər meydana gələ bilər?

Qarşıda bizi gözləyən və olduqca təhlükəli olan bu 10 həftə ərzində ABŞ Yaxın Şərqdəki xarici siyasət mirasının böyük bir hissəsini təyin edəcək...

Nedim Kuteyş
“Şarkul Avsat” qəzeti, 16 mart 2021-ci il

İranlıların nəzərdən qaçırdığı bir şey var. Koronadan sonrakı dünya artıq ölkələrə xarici işlərlə məşğul olmaq üçün çox imkan vermir. Hətta ABŞ da epidemiyanın yüklərinə və səhiyyə, sosial və iqtisadi baxımdan yaranan çətinliklərə tabe oldu.

Bu mənada, demək olar ki, Tehran İranla yeni bir razılığa gəlmək üçün ciddi bir qətiyyət nümayiş etdirən ABŞ prezidenti Co Bayden administrasiyası ilə münasibət qurmaq fürsətini itirmək riskini gözə alır. ABŞ administrasiyasının fikir mübadiləsi aparmaq və irəliləyiş üsullarını aydınlaşdırmaq üçün avropalılar vasitəsilə molla rejimi ilə dolayı təmaslar qurması Vaşinqtonun bu məsələdəki ciddiliyini göstərir.

Buna baxmayaraq, İran Baydenin 20 yanvarda Ağ Evə gəlişindən bəri 2015-ci il nüvə razılaşmasının öhdəliklərinə qayıtmadan sanksiyaların qaldırılmasını tələb edərək, siyasi gərginliyi artırmağı üstün tutub. Həmçinin, bölgədəki milis qüvvələrini (xüsusilə İraq və Yəməndə) Vaşinqtonun maraqlarını və Səudiyyə Ərəbistanı və İsrail kimi ABŞ müttəfiqlərinin mənafelərini hədəf alan təxribatlarla gərginliyi artırmağa çalışmaqdadır.

İran üçün bu gərginlik keçmiş Tehranın ABŞ prezidenti Donald Trampın statusunda və nüfuzunda meydana gələn yaraları sağaltmaq üçün bir yol kimi görünür. Lakin bu vəziyyət həm də birbaşa yeni bir razılaşma əldə etmək üçün yaranan kiçik fürsəti də azaldır.

Məsələlərin istiqamətini proqnozlaşdırmaq üçün hələ tezdir. Lakin bəzi məlumatları diqqətlə nəzərdən keçirmək lazım gələcək:

1) İranla əldə olunacaq hər hansı bir razılaşma Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşları ilə tam anlaşma və koordinasiya şəklində həyata keçirilməlidir. Bölgədəki İran milisləri üçün Tehranın yolladığı ballistik raketlər kimi və digər dəstəklərin durdurulması uzlaşmanı əhatə etməlidir.

Bayden adminstrasiyası nüvə anlaşmasına qayıtmaq və daha sonra “raketləri” və “milisləri” əhatə edən daha geniş bir razılaşma əldə etmək istədiyi üçün bu variantın şansı və populyarlığı Vaşinqtonda da gedərək azalır. Keçən çərşənbə axşamı 70 Respublikaçı və 70 Demokrat ABŞ dövlət katibi Entoni Blinkenə göndərdiyi bir məktubda Bayden adminstrasiyasına İranla yuxarıda göstərilən mövzuları əhatə edən daha geniş və sərt bir razılığa getməsi yönündə çağırış edib.

2) Vaşinqton Tramp adminstrasiyanın üslubu ilə İranın bölgədəki və xüsusilə də, İraqdakı təxribatlarına cavab olaraq, iki mesaj göndərib. İlk mesaj bu yaxınlarda İraqda yerləşən və Amerika qüvvələrini hədəf alan raket hücumlarına cavab olaraq Suriyanın şərqində İrana bağlı olan İraq milislərinə qarşı hava hücumlar həyata keçirmək oldu. İkincisi isə ABŞ Dövlət Departamentinin İran İnqilab Keşikçiləri Keşikçilərinin iki müfəttişinə İranda 2019 və 2020-ci il etiraz aksiyalarında iştirak edən məhbuslara qarşı ağır insan haqları pozuntularına yol verdikləri üçün sanksiya tətbiq ediləcəyini elan etməsi ilə baş tutub.

3) Vaşinqton İranla anlaşma şansını tamamilə məhv etməkdən çəkinsə də, Tehranı gərginliyi artırdığı üçün mükafatlandırmamaqda qərarlıdır. Bu baxımdan ABŞ administrasiyası İranı 2015-ci il nüvə razılaşmasının öhdəliklərinə qayıtmaq üçün iki tərəfli danışıqlarda iştirak etməyə razı salmaq üçün birtərəfli təşviqlər ortaya qoymayacağını açıq şəkildə bildirib. ABŞ Dövlət Departamenti Tehranın nüvə öhdəliklərini yerinə yetirənə qədər Cənubi Koreyanın 7 milyard dollar pulun bir hissəsinin İrana ödənilməsinə qarşı çıxıb. Seul İranın Cənubi Koreya bayraqlı bir gəmini girov götürdükdən sonra əvvəlcə ABŞ-la görüşməsindən və razılıq aldıqdan sonra İran banklarında bloklanmış dollar ehtiyatından təxminən 1 milyard dollar köçürə biləcəyini açıqlayıb.

4) Vaşinqton İraq və Cənubi Koreyaya qarşı İranın şantajına tabe olmamağa çağırır və xüsusilə, Vaşinqtonda aktiv olan İran lobbisinin siyasi şantajına boyun əymir. İran lobbisi, böyük ehtimalla, radikal cərəyanın qalib gələcəyi növbəti prezident seçkilərindən əvvəl Həsən Ruhani hökuməti ilə razılaşmaq üçün tez bir şəkildə addım atmasa, “islahatçıların fürsəti” itirəcəyini vurğulamaqla Vaşinqtonu şantaj edir.

Bu çərçivədə, Bayden adminstrasiyası iyun ayında keçiriləcək İran prezident seçkilərinin ABŞ administrasiyasının qərar vermə prosesində təsirli bir amil olmadığını açıq şəkildə elan edib və bununla bağlı ortaya çızacaq jər hansı problemin həllini ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melliyə tapşırıb. Melli də: “ABŞ-ın milli təhlükəsizlik maraqlarını qorumaq üçün bu məsələlər sürətli şəkildə gücümüzə uyğun olaraq müəyyənləşdiriləcək”, deyib. Melli həmçinin, İran seçkiləri ilə bağlı tələsik ya da gecikmiş qərar qəbul etməyəcəklərini də vurğulayıb.

5) Bayden adminstrasiyası və ortaqları arasında İranla nüvə razılaşmasının gələcəyi barədə görüşlərin başlamasından sonra Vaşinqton da ortaqlarının öncəlikləri ilə maraqlanmağa başlayıb. Vaşinqton keçmiş prezident Barak Obama administrasiyasının etdiyi kimi, İranla razılaşacağı təqdirdə bu güclərin təkbaşına nece davam edəcəyini anlamağa çalışır.

Bu baxımdan, “American Wall Street Journal” nəşri İsrailin Suriyaya, böyük ehtimalla, neft və silah daşıyan minimum 12 İran gəmisini dəniz minaları ilə hədəfə aldığını ortaya çıxarıb. Bu, İranın qeyri-sabit davranışlarına qarşı ciddi nəzarət olmadığı təqdirdə Yaxın Şərqdəki gərginlik səviyyəsinin geniş bir müharibəyə səbəb ola biləcəyini göstərir.

Bayden adminstrasiyası nüvə sazişinə qayıtmağı səmimiyyətlə istəyir. Çünki Yaxın Şərqdəki gərginliyi yüngülləşdirmək üçün bildiyi tək yol budur. Lakin Vaşinqtonun başlanğıc nöqtəsi kimi gördüyü yeri İran son nöqtə kimi qəbul edir.

Bu, xoş niyyətin yetərli olmadığı və xüsusilə, İran tərəfindən bir çox strateji və praktiki hesabın etik hesablarla qarışdığı bir böhrandır. İrandakı prezident seçkilərindən və Tehrandakı qarışıq dönəmdən əvvəl bütün tərəfləri məmnun edən bir saziş üçün 10 həftəlik vaxt verildiyi məlumdur. Təbii olaraq, 1 həftə sonrası üçün planlaşdırılan İsrail seçkiləri də nəzərə alınmalıdır.

Qarşıda bizi gözləyən və olduqca təhlükəli olan bu 10 həftə ABŞ-ın Yaxın Şərqdəki xarici siyasət mirasının böyük bir hissəsini təyin edəcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar