Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton Rusiyaya yürüşə hazırlaşır… Ermənistan da onunladır, Azərbaycan isə yox

Eynulla Fətullayev

“Ərəb baharı”nın iflasından on il sonra Vaşinqton “demokratiya ölkələri sammiti” adlanan yeni utopik ideya ilə çıxış edib. Ancaq son yüz ildə öz üzərində feodal cələbiyəsini, Nasirin hərbi köynəyini, İŞİD zirehini və liberal kostyumunu sınaqdan keçirmiş beynəlmiləl Şərqin qalib demokratiyasının heç bir ölkəsi seçilmiş nümayəndələrin sammitində təmsil olunmayacaq. Şərq xalqlarının azadlığının ilhamvericiləri - Obama və Bayden duumviratı azad Qərb ölkələrində leqal bircinsli nikahların Romasayağı imperativinə qədər deqradasiya etmiş demokratiya uğrunda müasir mübarizəni məhz bu cür cücərdərək demokratiya ilə tiraniya arasında şərti sərhəd çəkirlər. Özünün hərbi-səhra restavrasiyası ilə Misir, parlamenti buraxılmış Tunis, od içindəki Suriya və digər bir çox “azad edilmiş” xalqlar “seçilmiş demokratiyalar”ın sammitindən kənarda qalıblar.

Obama və Bayden Şərqin azad edilməsi ilə məşğuldu

“Ərəb baharı”nın müjdəçisi, demokratik Türkiyə də orada olmayacaq. Əvəzində isə Vaşinqton İraq adlı nominal dövlətə - dünya imperializminin qurbanlıq quzusuna, Babilistanın varisinə, böyük yürüş naminə qana qərq edilən Şərq mirvarisinə yer ayıracaq. O İraqa ki, hərbi bazaların və proksi qrupların poliqonuna çevrilib, hökuməti ölkənin şimalına və cənubuna nəzarəti itirib. Ancaq demokratiya kahinlərinin dərin inamına görə, İraq liberal yönümlü ölkədir. Bu isə yekunda “Haşd əş-Şaab” kimi ksenofob və terrorçu təşkilatlara parlamentin yolunu açıb. Və hətta demokratiya onların qarşısında parlamenti və hökuməti ələ keçirmək üçün sədd qoyarsa, leqallaşan proksilər inadcıl baş nazirlərə ölüm hökmü çıxarır. Lap Livan adlanan “baş tutmayan ölkə”dəki kimi - yeri gəlmişkən, Livanı da “demokratik ölkələr”in masasında əyləşdirəcəklər. Əfqanıstandan isə gözlənilmədən tale üz çevirdi. Yoxsul və alçaldılmış ölkənin xəzinəsini də özü ilə götürərək Kabildən qaçan Qaninin hakimiyyəti bir neçə ay da dözüş gətirsəydi, Əfqanıstana da Oval kabinetdə demokratik laptopun monitorunda bir künc tapılardı.

Dünyanın yenidən bölüşdürülməsi uğrunda gərgin geosiyasi qarşıdurma dövründə Vaşinqton nəzəriyyəçiləri kollektiv Qərbin və onun satellitlərinin yeni konfiqurasiyasını genişləndirmək üçün inadla “baş tutmayan ölkə” anlayışını “demokratik quruluş” anlayışı ilə əvəzləməyə çalışırlar. İdeoloji ehkamçılıq müasir demokratiyaya parçalanma və mərkəzdənqaçma qüvvələrinə dəyişməz dinamika vermək hüququ bəxş edib. Bəli, Vaşinqton nəzəriyyəçilərinin ağlında bu mütləq zəif hakimiyyət, boş torpaq, hər şeyi yapmaq mümkün olan yumşaq plastilin deməkdir. İmperialist demokratiyasının Məkkəsi periferiyalarda asılı iqtisadiyyata malik zəif hakimiyyət ideyasını təbliğ edir. Zəif hakimiyyət xarici manipulyasiyalar, permanent müdaxilələr və inadkar tövsiyələr üçün əlverişli institutdur. Zəif hakimiyyət – geosiyasi konyunkturanın təsirlərinə boyun əyən sözəbaxan hökumət deməkdir. Bu isə sonunda Vaşinqtona qaniçən diktator Rodriqo Duterteni parlaq demokrat elan edərək, onu sammitdə demokratiya uğrunda fəxri mübarizlərin çevrəsinə qoşmağa imkan verir. Vaşinqtonda Dutertenin Davao küçələrində insanları məhkəməsiz və istintaqsız öldürən “ölüm eskadronları”nı artıq unudublar. Bir neçə il əvvəl Baydenin sevimli jurnalı, Qərb demokratiyasının özünəməxsus manifesti olan “Taym” özünün üz qabığında Duterteni “cəllad” adlandırırdı. Lakin bu sadəcə kollektiv Qərbin unutmağa çalışdığı anlaşılmazlıq imiş. Üstəlik Duterte də maoistlərlə səmimi söhbəti zamanı etiraf edib ki, “müasir dünyada cəmiyyətdə dəyişikliklərə nail olmaq üçün silahlı mübarizə artıq köhnəlmiş metoddur”.

Vaşinqton qaniçən diktator Duterteni parlaq demokrat elan edib

Qərb hegemoniyası olmayan yeni ədalətli dünya düzəninin qurulmasına çağıran Ərdoğan isə başqa məsələdir. Təəssüf, Türkiyədə demokratiyadır, müxalifət seçkilərdə qalib gəlir, prezidentin özünü isə ümummilli telekanallarda və KİV-lərdə tənqid edirlər. Ancaq Ərdoğanın yeni geosiyasi dövrdə Türkiyənin müstəqil rolunun möhkəmlənməsinə çağıran doktrinası Vaşinqton, Paris və Berlində peşmançılıq doğurur. Türkiyə ona ayrılmış Şərq forpostu missiyasını pozub. NATO nəinki Ankaranın köməyi olmadan Şərqə genişlənə bilib, üstəlik “öz Ankarasının” maneələri ilə qarşılaşır. Türkiyə “NATO-nun söz dinləməyən xəstə adamı”na çevrilib ki, bu da onu demokratik təltiflərdən məhrum edir.

Bayden, bir tərəfdən, sammiti xəyali demokratiyanın dəstəyi naminə siyasi hüquq və azadlıqların eroziyasını dayandırmağa çağırır, digər tərəfdən isə, utanmazcasına qarşıdan gələn sammiti Rusiya və Çinə qarşı xaç yürüşü elan edir. Vaşinqton transmilli monopoliyaların total ağalığı və diktatı, ABŞ-ın bilavasitə liderlik etdiyi eybəcər imperializm fonunda – üçüncü dünyanın müstəmləkəyə çevrilməsi, xammal mənbələri və bazarlar uğrunda mübarizədə özünün yeni qlobal liderlik yanğısını bəyan edir.

Bayden Reyqanın çoxdan unudulmuş siyasi-bədii klişesi ilə silahlanaraq, Moskva və Pekini yeni Şər Oxu adlandırır. Və öz niyyətlərini gizlətmir – yeni Soyuq müharibə okeanın o tayındakı imperiyanın qlobal liderliyini mübahisələndirməyə cürət etmiş bu iki dövlətə zərbə vurmalıdır.

Rusiya və Çinə qarşı ittifaq

Bu vaxt Bayden özünün “demokratiyalar” adlandırılan satellitlərinin ünvanına şantaj və təhdid dili ilə danışır. Və bu ölkələrə bacardıqca tez öz öhdəliklərini yerinə yetirmək lazımdır, əks-halda onlar gələn ilki ikinci sammit ərəfəsində öz satellit statuslarını itirmək riski üz-üzə qalacaq.

Aparıcı hüquq-müdafiə təşkilatları, ilk növbədə Freedom House ədalətli sual qoymağa tələsir – bu və ya başqa ölkələrdə demokratiyanı və siyasi azadlıqların səviyyəsini kim ölçür? Doğrudanmı, siyasi sistemi azadlıqsevər prezidentə qarşı ov təşkil edən Amerika “polioliqarxiyası”? Cəmi bir il əvvəl ABŞ-da prezidenti öz fikirlərini azad ifadə etmək hüququndan məhrum etdilər – Trampa yazmaq və çıxış etmək qadağan olundu, tərəfdarları isə qiyamçı adlandırıldı. Ferqüsondakı dinc nümayişin güllələnməsinin qəddar videokadrları hələ yaddaşlarından silinməyib. Dinc nümayişin güllələnməsi, ardınca total repressiyalar və hərbi vəziyyətin elan olunması çürüməkdə olan liberal dəyərlərlə tərbiyələnmiş bütün köhnə dünyanı sarsıtdı.

Bəs Londonda Assanjın vətəndaş edamı? Bəs Parisdə və Berlində dinc nümayişlərin qəddarlıqla dağıdılması? Siyasi azadlıqların yatırılması hüququnun və məsuliyyətinin ölçüsünü kim müəyyənləşdirir? Niyə bəzi ölkələrdə nümayişlərin dağıdılması hüquq və qanunların bərpası, digərlərində isə qaykaların bərkidilməsi və repressiv dalğa adlandırılır? Bu koqnitiv dissonansın ideologiyasızlaşmış siyasi rejimlərin reallığında mənbəyi nədir?

Azadlıqsevər Parisin küçələrində demokratiyanın çiçəklənməsi

Niyə bir ölkədə Xristian partiyasının, yaxud Ortodoksal Sionist hərəkatının qələbəsi xalqın azad seçimi kimi qələmə verilir, “Taliban”ın və ya “Hizbullah”ın qələbəsi isə xürafatçıların zorla hakimiyyətə yiyələnməsi kimi yozulur?! Belə çıxır ki, Qərb demokratiyanın yalnız xalq hakimiyyəti fenomeninin kulturoloji və dini anlamda ifadə olunan definisiyasına yol verir?! Bir çox suallar münsiflər məhkəməsi hüququnu qəsb etmiş bir dövlətin maraqlarına dirənir. Özü də məhkəmə daha bir prezidentin – Slobodan Miloşiviçin qətlə yetirildiyi Haaqada yox, liberal dünya düzəninin xarabalıqlarında keçirilir.

Rusiya Vaşinqtonun dünyanı geridə qalmış Soyuq müharibənin qəddar və mənəviyyatsız qaydalarına qaytaran yeni təşəbbüsünü ximera adlandıranda qismən haqlıdır. Qərb Pinoçethərbi xuntası ilə mübarizə aparmış Luis Korvalanı siyasi məhbus hesab etmədi. Çünki Korvalan fədakarlıqla Vaşinqtonun adamına qarşı savaşırdı. Və kollektiv Qərb sovet dissidenti Vladimir Bukovskinin hüquqları uğrunda inadla mübarizə aparırdı – bu publisist və hüquq müdafiəçisi ona görə qəhrəman adlandırılmışdı ki, Vaşinqtonun nifrət etdiyi kommunist şərinə qarşı çıxırdı. Zəmanəmizin güzgü paraleli. Hamının unutduğu Assanj Qərb türməsində öz həyatı uğrunda mübarizə aparır, bir nömrəli siyasi məhbus Aleksey Navalnı isə Qərbə zəmanəmizin qəhrəmanı elan edilir.

Tamamilə gizlədilməyən sinizm, dəyərlər sistemi ilə mənəviyyatsız oyun, populyar ideyalarda özündənrazı və arsız parazitlik... Bu vaxt Qərb siyasətçilərinin dəlillərini ağılla dərk etmək olmur!

Yeni demokratiyanın iki qurbanı: Köçəryan və Saakaşvili

Ermənistanda hakimiyyətə əsas iddialı keçmiş prezident Robert Köçəryanın iştirakı ilə məhkəmə tamaşası oynanılır. Hakimiyyət məntiqin və qanunçuluğun ziddinə olaraq, Köçəryana ölkəni tərk etməyi qadağan edib. Qərb susur, çünki Köçəryana nifrət etdikləri Rusiyaya getmək qadağan olunub. Ancaq Ermənistanın baş naziri parlament iclasının keçirildiyi zala hərbçilərin əhatəsində daxil olur, ölkənin parlamentini tüpürcəkli və çirkli kazarmaya çevirir. Əsgərlər qadın deputatı saçlarından tutub sürüyərək iclas zalından çıxarırlar. Qərb susur. Çünki şəri Qərbin öz adamı törədir. Bayden isə vətəndaş qarşıdurmasına və qanunsuzluğun xaosuna yuvarlanan, fərqli xarici qüvvələrin ixtiyarına verilən bu ölkəni çiçəklənən demokratiya dövləti elan edir.

Bəli, bunlar o vaxt baş verir ki, bütün dünya nəfəsini kəsərək, qəlbində ağrı ilə, ancaq susqunluqla postsovet məkanında geosiyasi inqilabların lokomotivi bir nömrəli siyasi məhbus Mixail Saakaşvili ətrafında baş verən dramatik hadisələri müşahidə edir. Sabiq prezidenti təhqir edirlər, döyürlər, ələ salırlar və postsovet məkanında demokratiyanı təcəssüm edən fenomenal siyasətçinin axırına çıxmaq üçün əllərindən gələni əsirgəmirlər. Lakin bununla belə, Gürcüstan Baydenin sammitində seçilmiş dünya demokratiyaları sırasında fəxri yer alır... Heyvani makiavelizm efemer dəyərlərdən üstündür, elə deyilmi?

Eyni zamanda antaqonist siyasi qüvvələrin, hakimiyyətyönümlü və müxalif hərəkatların milli lider və milli ideya ətrafında birləşməsi nümunəsini verən Azərbaycan Vaşinqton tərəfindən sammitə dəvət almır. Pərdə hələ tam açılmasa da, yuxarı qaldırılıb və demokratiyanın dəstəyini önə çəkən sammit Rusiyanın artan geosiyasi nüfuzunun dayandırılmasının yeni platformasını formalaşdırmaq üçündür.

Putinlə mübarizədə Paşinyan ilk sıraları tutur

Və bu koalisiyada Azərbaycan kimi suveren və özünə güvənən, öz xarici siyasi oriyentirlərini formalaşdıran və iri dövlətlərlə münasibətlərini sırf milli dövlət maraqları üzərində quran ölkələrə yer yoxdur. Təbii ki, yeni antirusiya koalisiyasında ilk sıralarda Qərb dairələrinin adamı olan Nikol Paşinyanın tiraniyası altında inləyən Ermənistana yer tapılır.

Şübhəsiz, Paşinyan və onun sorosçu güruhu Rusiya əleyhinə yeni hərəkatın və Moskvaya qarşı xaç yürüşünün avanqardında mərkəzi yeri tutacaq. 1980-ci illərdə olduğu kimi. Həmin vaxt erməni liberallarının birinci dalğasının köməyi və kollektiv Qərbin məsləhətləri ilə çox böyük geosiyasi fəlakətin – sovet dövlətinin dağılmasının əsasını qoyan əsas separatçı ocaq qalandı. Hansı demokratiyadan danışırsınız? Bu, Rusiyaya yürüşdür! Ermənilər onlarla addımlayır. Lakin orada Azərbaycan yoxdur...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar