Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaşinqton Post”un Azərbaycana qarşı koronavirus qərəzi

Qabil Hüseynli: “Bu, sifarişli yazıdır və ölkəmizə qarşı təxribatdır”...

ABŞ-ın “Vaşinqton Post” qəzetində Azərbaycana qarşı yazı dərc edilib. Qəzetin redaksiya məqaləsində hakimiyyətin koronavirus pandemiyasından sui-istifadə edərək, siyasi rəqiblərini təqib etdiyi, azadlıqları məhdudlaşdırdığı iddia edilib.

Politoloq Qabil Hüseynli musavat.com-a açıqlamasında bildirdi ki, sözügedən məqalə sifarişli yazıdır. ABŞ-dakı erməni lobbi qruplarının və yunan lobbi qruplaşmalarının birgə fəaliyyətlərinin nəticəsi kimi bu yazının meydana gəldiyi şübhəsizdir: “Amerika hökumətinin özü Azərbaycanda anti-pandemiya tədbirlərini bəyənən mövqe ifadə edib və bu münasibətlə Azərbaycana səhv etmirəmsə, 5 milyon dollar yardım paketi ayırıb. Üstəlik də Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusa qarşı görülən tədbirləri, xüsusən karantin tədbirlərini alqışlayaraq bu tədbirlərin digər ölkələr üçün də örnək ola biləcəyini bəyan edib. Bütün dünya hazırda pandemiya bəlası ilə vuruşarkən “Vaşinqton Post” qəzetinin qərəzli, sifarişli səfeh bir yazı yazması ikrah doğurur. Bu saat Azərbaycan dövlətinin, onun hakimiyyətinin əsas diqqəti öz vətəndaşlarının sağlamlığının qorunması, bütövlükdə koronavirusun ölkədə daha çox insana yoluxmasının qarşısının alınması və bu istiqamətdə ciddi tədbirlər görməyə yönəlib. Bunun üçün tətbiq olunan sərt tədbirlərin hər hansı siyasi rəqiblərə, siyasi məsələlərə heç bir aidiyyəti yoxdur. Karantin tədbirləri çərçivəsində hərəkət azadlıqlarının məhdudlaşdırılması bütövlükdə insan azadlıqlarının məhdudlaşdırılması demək deyil. Koronavirusa görə hərəkət azadlıqlarına məhdudiyyətlər bu gün demək olar ki, bütün dünyada qoyulur. O cümlədən ABŞ-ın özündə də belə məhdudiyyətlər tətbiq edilir”.

Q.Hüseynli qeyd etdi ki, Azərbaycanda həyata keçirilən anti-koronavirus tədbirlərinin tanınmış bir mətbuat orqanı tərəfindən təhrif edilməsi və Azərbaycana ziyan vurmağa hesablanan təbliğata çevrilməsi Azərbaycana qarşı təxribatdır, həm də elə o qəzetin oxucularına da hörmətsizlik, qəzetinin nüfuzuna zərbədir: “Bu saat dünyanın əksər ölkələri pandemiyaya qarşı mübarizə tədbirlərində gecikdiyindən danışır. Hətta dünyanın ən güclü dövləti olan ABŞ-ın özü bunu dəfələrlə etiraf edib. Dünyanın bir nömrəli dövləti gördüyü tədbirlərə baxmayaraq ölkəni koronavirus bürüyüb. ABŞ bu gün virusun yayılmasına görə dünyada birinci yerdədir. Koronavirusla mübarizədə nümunəvi və səmərəli tədbirlər həyata keçirən Azərbaycan dövlətinin, onun prezidentinin addımları təqdir edilməkdənsə bəzi qüvvələr tərəfindən tənqid edilməsi sözün həqiqi mənasında çox uğursuz bir cəhddir. “Vaşinqton Post”un o yazısı Azərbaycan xalqı tərəfindən qətiyyətlə rədd edilir. Bu qəzet postsovet məkanına diqqət yetirsə görər ki, koronavirusa qarşı ilk ciddi addımları atan, karantin tədbirlərini görən məhz Azərbaycan dövləti olub. Bu gün Ukrayna pandemiyanın artmasının qarşısının alınması üçün Azərbaycan təcrübəsinə müraciət edir və Azərbaycan təcrübəsini öyrənir. Digər respublikalar da bunu edir”.

Politoloq vurğuladı ki, belə bir yazının ortaya çıxmasını rəsmi Vaşinqtonun Azərbaycan iqtidarını şantaj etməsi, hədəfə alması, Ağ Evdən Azərbaycana hücum kimi şərh etmək düzgün olmazdı: “Rəsmi Vaşinqton elan etdiyi yardım paketində Azərbaycana da yer ayırıb. ABŞ-ın siyasi rəhbərliyi koronavirusla mübarizə məsələsində Azərbaycanın atdığı addımları təqdir edir. Ötən həftə ABŞ-ın Azərbaycandakı səfiri bu barədə bəyanat da yaydı. Bəyanatda Azərbaycanın pandemiya ilə bağlı gördüyü karantin tədbirlərinin alqışlandığı və bu tədbirlərin müsbət nəticə verdiyi və verəcəyi bildirilirdi. Səfirliyin bu bəyanatı bəllidir ki, ABŞ-ın rəsmi mövqeyini əks etdirir. Amerikanın siyasi rəhbərliyi Azərbaycanla münasibətlərə xüsusi diqqət verir. Odur ki, qəzetin həmin yazısının dünyada və ABŞ-da hansısa ciddi bir rəy doğuracağını zənn etmirəm”.

pia.az


Etiket: Qabil Hüseynli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar