Çərşənbə axşamı, 24 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Vaşinqton görüşü” niyə üçtərəfli formatda keçirilməyib?

AzərbaycanErmənistan xarici işlər nazirlərinin “Vaşinqtonu görüşü” siyasi müzakirələrin ana xəttini təşkil edir.

Analitiklər görüşün Moskvada olduğu kimi üçtərəfli formatda baş tutmamasına xüsusi diqqət çəkir. Məlumat üçün deyək ki, ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovdan fərqli olaraq Ceyhun Bayramov və Zöhrab Mnasakayanla ayrı-ayrılıqda görüşüb. Analitiklər hesab edir ki, görüşün bu formada keçirilməsi danışıqlarda ABŞ Prezidenti Donald Trampın dediyi kimi hansısa irəliləyişə nail olunduğu şübhə altına alır. Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakanyanın görüşdən dərhal sonra verdiyi açıqlamalar da göstərir ki, “Vaşinqton təması” deyildiyi kimi proqressiv notlarla yadda qalmayıb.

Ermənistan Azərbaycan üçün qəbuledilməz olan ənənəvi mövqeyindən geri çəkilməyib. Azərbaycan tərəfinin münaqişənin dinc yolla həlinə dair şərtləri isə bəllidir: Ermənistan silahlı qüvvələri işğal olunmuş əraziləri tərk etməlidir.

Analitiklərin fikrincə, Qarabağda eskalasiya başlayandan passiv mövqe tutan ABŞ-ın münaqişəyə diqqət ayırması daxili siyasətə hesablanmış addım sayıla bilər.

Vaşinqtondakı “Yaxın Şərq İnstitutu” Analitik Mərkəzin əməkdaşı Rauf Məmmədov Rusiyanın news.ru saytına bildirib ki, Qarabağda müharibə alovlanandan bəri ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq Ağ Evin passiv rol oynaması göstərir ki, “Vaşinqton görüşü”ndən hansısa irəliləyiş gözləməyə dəyməz.

ErmənistanAzərbaycan Xarici İşlər nazirlərinin üçtərəfli formatda görüşməməsi də, Tramp administrasiyasının müharibə edən tərəflərin mövqelərindəki boşluğu aradan qaldırmağa böyük ümid bağlamadığına dəlalət edir”, - deyə analitik hesab edir.

Rauf Məmmədovun fikrincə, Pompeonun Ceyhun Bayramovla Zöhrab Mnasakanyanı Vaşinqtona dəvət etməsi iki amillə bağlı ola bilər: “Birinci amil ABŞ-ın Minsk Qrupunun həmsədr ölkəsi kimi passivliyini kompensasiya etmək istəyi ola bilər.

İkinci amilə gəlincə, bunun daxili siyasətlə əlaqəli olduğunu düşünmək olar. Yəni, məqsəd ABŞ-da prezident seçkisinə iki həftədən az vaxt qaldığını nəzərə alaraq erməni seçicilərinin dəstəyini almaq ola bilər. İkinci amil yaxın vaxtlara qədər vitse-prezident olan

Baydenin Qarabağla bağlı dərin məlumatlarının olması ilə də bağlı ola bilər. Onun bəyanatları da bunu deməyə əsas verir”, - deyə analitik qeyd edib.

Maraqlıdır ki, Ermənistan tərəfi “Vaşinqton görüşü”nü az qala Ağ Evin İrəvana birmənalı dəstəyi kimi qələmə verir. Əslində isə Tramp admnistrasiyasının davranışlarından və məsələyə o qədər də həvəslə yanaşmamasından görünür ki, Vaşinqton maksimum şəkildə neytrallığını qorumağa çalışır. Sadəcə Ermənistanın siyasi hakimiyyəti bu cür hərbi müstəvidəki uğursuzluğunu diplomatik sahədəki uydurma uğurlarla ört-basdır etməyə cəhd edir.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putin və Makronun qəfil və şübhəli birliyinin arxasındakı plan - Qarabağ gizlinləri

Ordumuz şəhid verdi, bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Araik Moskvaya qaçdı - Bakıya təhvil verilə bilər

Silahsız azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri qorxutdu

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

Lavrov və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Qarabağ açıqlamasının pərdəarxasında nələr var?

Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

“Savaş başlayanda Paşinyan dedi ki, Putinə...”- İlginc açıqlama

İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib - Video, Foto, Yenilənib

loading...

Ən çox oxunanalar