Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqton çətin sınaq qarşısında - ABŞ ənənəvi hegemoniya səhnəsinə geri qayıda biləcəkmi?

2022-ci ildə Konqresə namizəd olacaq əksər Respublikaçı namizəd Trampın dəstəyini qazanmağa çalışacaq...

Robert Ford
“Şarkul Avsat” qəzeti 16 fevral 2021-ci il

İki həftə əvvəl prezident Co Bayden Dövlət Departamentini ziyarət edərək ABŞ-ın geri döndüyünü və dünyaya yenidən liderlik edəcəyini elan edib. Bayden amerikan millətinin sıralarını yenidən birləşdirmək və daha da sıxlaşdırmaq istəyir. Keçmiş prezident Donald Trampın son 3 həftədir davam edən impiçment prosesi Respublikaçılar Partiyası üçün Trampı rədd etmək və mərkəzi siyasətə yaxınlaşmaq yolunu əngəlləmək üçün bir fürsət idi. Ancaq Respublikaçlar bu fürsəti rədd etdilər. Bəs bu zaman Trampın tamamilə bitdiyini deyə bilərikmi?

Maraqlıdır ki, ikinci impiçment dövründə Senatda 50 Respublikaçıdan 43-ü və Nümayəndələr Palatasındakı 211 Respublikaçıdan 201-i Trampın lehinə səs verdi. Qeyd etməliyik ki, Senatda Trampın əleyhinə səs verən 7 Respublikaçı senatordan 2-si gələn il təqaüdə çıxacaq. Qalan 5 senatordan 4-ü 2020-ci ildə öz ştatlarında keçirilən seçkilərdə yenidən qalib gəliblər. Bu, o deməkdir ki, 2026-cı ilə qədər yeni bir seçki ilə qarşılaşmayacaqlar. Bu 7 senatordan yalnız 1-i gələn ilki seçkilərdə iştirak etməlidir. O da əsli Alyaskadan olan tanınmış bir siyasi ailəyə mənsubdur.

Unutmayaq ki, Demokratlar və Respublikaçılar partiyasının hər bir ştatda təşkilatları var. Ştatlardakı Respublikaçılar Partiyası təşkilatları artıq Trampa qarşı səs verən senatorları və Nümayəndələr Palatasının üzvlərini hədəfə alıblar. Digər tərəfdən, Nümayəndələr Palatasındakı Respublikaçıların lideri Kevin Mekkarti keçən həftə Florida ştatında Trampla görüşüb. Senator Lindzi Qraham da Senatdakı səsvermə bitən kimi şənbə günü Floridaya gedib. Maine şəhərində hələ də bir çox yerdə Trampın adını daşıyan bayraqlar dalğalanır. Tramp da öz növbəsində Co Baydenin seçkilərdə qalib gəldiyini hələ də etiraf etmir və Respublikaçılar Partiyasındakı ən təsirli şəxs olmağa davam edir.

Lakin yenə də bu, Trampın 2024-cü ildə keçiriləcək seçkilərdə yenidən namizəd olacağı mənasına gəlmir. Əslində, Tramp Corciyadakı səsvermə prosedurlarına müdaxilə etməkdə və ya Nyu-Yorkdakı vergi pozuntularına görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Bununla birlikdə, Trampın siyasi bazası onu saxtakarlıqda və ya digər cinayət əməllərində ittiham edən dəlilləri hələ də “saxta xəbər” kimi qəbul edir. Bu bazanın kifayət qədər böyük olduğu da unudulmamalıdır. 2020-ci ildə Trampa səs verən 74 milyon amerikalıdan söhbət gedir və bu say Baydenin qazandığı 81 milyon bir yana, ABŞ tarixində bir namizədin ən çox topladığı səs göstəricisidir.

Məlumdur ki, 2022-ci ildə Konqresə namizəd olacaq əksər Respublikaçı namizəd Trampın dəstəyini qazanmağa çalışacaq. Bu səbəbdən də, qütbləşmə vəziyyəti davam edir və Respublikaçılarla Demokratların siyasi uzlaşma əldə edib etməyəcəyi hələ məlum deyil.

Beləliklə, Baydeni hər hansı bir böyük xarici siyasət təşəbbüsünü təxirə salmağa sövq edən iki səbəb var. Birinci səbəb odur ki, Bayden siyasi düşərgəsinin öncəliyi olan iqtisadi bərpa səylərini və miqrasiya islahatlarını təşviq etmək üçün Konqresin qəbul etməli olduğu qanunlara ehtiyac duyur. Xarici siyasət isə prioritet deyil və Baydenin fikrincə, hazırkı vəziyyətdə Vaşinqtondakı parçalanmaları artıra biləcək xarici siyasi qərarlar vermək uyğun deyil.

Bayden tərəfdarlarının çoxu bundan məmnun deyil. Məsələn, xarici siyasətin aparıcı müşahidəçilərindən olan Fərid Zəkəriyanın səbri tükənmiş kimi görünür. Baydenin niyə 2015-ci ildə İranla imzalanan nüvə anlaşmasını canlandırmadığını, Çinlə ticarət müharibəsini dayandırmamasını və Obamanın Kuba ilə münasibətləri yaxşılaşdırmaq siyasətinə qayıtmadığını araşdırır. Digər bir analitik Herri Kazianis Baydenin Şimali Koreya nüvə sənədləri ilə əlaqəli hər hansı bir təşəbbüsdən imtina etməsindən narahat olduğunu bildirib. Həmçinin, Baydenin Şimali Koreyanın nüvə proqramını dayandıra bilmədiyi halda, Vaşinqtonda etibarlı bir variant kimi görünən iqtisadi sanksiyalara əsaslanan ənənəvi bir siyasət yürütmək istəməsindən narahat olduğunu qeyd edib.

Bayden ehtiyatlı görünür, ancaq administrasiyası Avropa və Asiyadakı müttəfiqləri ilə məsləhətləşə bilər və Moskva və Pekinə sərt xəbərdarlıqlar edə bilər. Bütün bunları Vaşinqtonda siyasi mübahisələrə səbəb olmadan həyata keçirə bilər. Yenə də Bayden Yəməndə davam edən müharibə qarşısında hərbi səyləri dəstəkləməkdən əl çəkə bilər. Eyni zamanda, Vaşinqton Cimmi Karter dövründən bəri izlənilən ənənəvi siyasət olaraq Abha hava limanına edilən hücumdan sonra Səudiyyə Ərəbistanının təhlükəsizliyinə verdiyi dəstəyi yenidən gözdən keçirə bilər. Dünyanın müxtəlif ölkələrindəki insan hüquqları ilə bağlı vəziyyəti tənqid etmək belə Vaşinqtonda yeni mübahisələrə səbəb ola bilməz. Çünki Respublikaçılar və Demokratlar diktatorlara qarşı konkret fəaliyyət barədə fikir ayrılığında olsalar da, Vaşinqtonun bu cür liderlərə qarşı mövqeyini bildirməli olduğunu düşünürlər.

Digər tərəfdən, Şimali Koreyaya, İrana və ya Kubaya böyük güzəştlər edilməsi məsələsi böyük siyasi çəkişmələrə və müzakirələrə yol açan bir məsələdir.

Baydenin böyük xarici siyasət cəhdlər etməkdən qaçmasının ikinci səbəbi isə komandasının hələlik buna hazır olmamasıdır. Müdafiə, Xarici İşlər və Maliyyə nazirlikləri ilə MKİ-yə təyin olunan müşavirlər və nazir müavinləri Senat tərəfindən təsdiqlənməyi gözləyirlər. Bu şəxslərin texniki işləri aparan işçi qrupları əsl liderlərini gözləyirlər. Bu şəxslərin Senatda təsdiqlənməsi üçün də Respublikaçıların səslərinə ehtiyac var.

Tarixi cəhətdən yeni nazirlər, əsasən birinci daxili məsələlərə fokuslanırlar. Bayden bu öncəliklər məsələsində irəliləyənə və xarici siyasət komandası tamamlanana qədər yeni adminstrasiyadan xarici siyasətdə heç bir yeni fəaliyyət gözləmək olmaz.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden Vaşinqton

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar