Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbovdan absurd sərəncam: Özəl universitetə rektor təyin edib

Vasif Talıbovdan absurd sərəncam...

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan” Universitetinə terktor təyin etməsində ziddiyyət var.

Yenisabah.az xatırladır ki, Vasif Talıbov dekabrın 5-də Nurlana Sabir qızı Əliyevanın “Naxçıvan” Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Məsələ burasındadır ki, “Naxçıvan” Universiteti özəl təhsil müəssisədir. Bu barədə universitetin veb-səhifəsində də qeyd var. “Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır”, - deyə Naxçıvan Universiteti haqqındakı bölümdə qeyd edilib. Bəs o zaman Vasif Talıbov özəl universitetə Naxçıvan Ali Məclisinin sədri olaraq necə rektor təyin edib?

Universitet dövlət müəssisəsi olsaydı belə, Ali Məclis sədri ora rektor təyin edə bilməzdi. Çünki Azərbaycan qanunvericliyinə görə dövlət ali təhsil müəssisələrinə rəhbər təyinatı Azərbaycan Prezidentinin səlahiyyətinə aid məsələdir.

Hüquqşünas Ələsgər Məmmədli məsələni Yenisabah.az-a şərh edərkən bildirib ki, Vasif Talıbovun Ali Məclis sədri kimi özəl universitetə rektor təyin etməsi səlahiyyət həddini aşmasıdır. “Ola bilsin həmin universitetin təsisçisidir. Amma bu halda da təsisçi kimi təyin etməli idi”, - deyə hüquqşünas vurğulayıb.

Qeyd edək ki, bəzi məlumatsız şəxslər Universitetin V. Talıbova məxsus olduğunu düşünür və hesab edirlər ki, o bu təyinatı təsisçi kimi verə bilər. Bildirək ki, həmin ali məktəbin təsisçisi başqa bir şəxs - İsmayıl İsrafil oğlu Əliyevdir. Talıbov isə bu sərəncəmı Ali Məclisin sədri kimi imzalayıb. Həmin sərəncamın fotosunu da təqdim edirik:

 


Etiket: Vasif Talıbov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar