Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov Dədə Qorquddan sitat gətirdi: “Torpağı qorumursansa...”

Vasif Talıbov yeni qapalı suvarma şəbəkəsinin açılışını edib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsinin açılışını edib.

“Yeni Sabah” xəbər verir ki, qapalı suvarma şəbəkəsi 117 hektar sahədə qurulub. Sahəyə suyun verilməsi üçün 1400 metrlik ana xətt və 9700 metrlik paylayıcı boru xətti çəkilib.

Vasif Talıbov Yurdçu kəndində 108 hektar pay torpağını və Qıvraq qəsəbəsində 9 hektar bələdiyyə torpağını əhatə edən qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib: “Torpaqların əkilməsi hər bir ölkənin inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib məsələlərdəndir.

“Kitabi-Dədə-Qorqud” dastanında da yazılır ki, “Torpağı əkmirsənsə qorumağına, qorumursansa əkməyinə dəyməz”. Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiəsini təmin etmişdir. Torpaqlarımız etibarlı şəkildə qorunur. Qarşıda duran digər vəzifə isə torpaqların əkilməsidir”.

Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisində əməyi olanlara hədiyyələr təqdim edib və suvarma şəbəkəsini işə salıb.

Pia.az


Etiket: Vasif Talıbov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar