Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaqif Əsədov: "Piyada səhlənkarlığı, sürücü diqqətsizliyi..."- Video

"Piyada səhlənkarlığı, sürücü diqqətsizliyi hadisələrin baş verməsinə real zəmin yaradır"...

"Paytaxtda hərəkətin etibarlı təhlükəsizliyi istiqamətində kompleks maarifləndirmə tədbirlərinin genişləndirilməsi diqqət mərkəzindədir. Yeni dövrün çağırış və təhdidləri, yol-qəza hadisələrinin faktlar üzrə təhlilləri göstərir ki, yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir. Bunu nəzərə alaraq, ötən il qeydə alınan hər bir yol-qəza hadisəsi faktlar üzrə ayırı-ayırılıqda nəzərdən keçirilib".

Bu fikirləri "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, qabaqlayıcı profilaktik tədbirlərin səmərəli təşkil edilməsi, yeni məzmunda təbliğat və təşviqatın yaxşılaşdırılması üçün cəmiyyətin hər bir üzvünün fəallığı tələb olunur: "Bu tələb hər bir hərəkət iştirakçısının məsuliyyətdən, qanunlara ehtiramından, başqalarının hüquq və vəzifələrinə rəğbətindən asılıdır. Şərh etmədən bir sıra yol-qəza hadisələri ilə bağlı “Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı faktları diqqətə çatdırırıq. Görünən odur ki, tərəflərin yol hərəkəti qaydalarına ehtiyatsız münasibəti, piyada səhlənkarlığı, sürücü diqqətsizliyi hadisələrin baş verməsinə real zəmin yaradır. Məqsədimiz real, montaj olunmadan qeydə alınan hadisələrin - sürət həddinin aşılması, hərəkət istiqamətində diqqətsizlik, qarşı hərəkət zolağına çıxma, təyin olunmayan yerlərdən hərəkət, yol ayrıclarında, yol kəsişmələrində tələblərin pozulması və digər xətalar insan təlafatına, xəsarət və əmlakın zədələnməsi ilə nəticələnir".

pia.az


Etiket: Vaqif Əsədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar