PİA.az jurnalist-yazar Əcəmi Əsədullanın yeni şeirini təqdim edir:
Mənə ayrılığı sən öyrətmisən
Vaxtsız ilk doğuşun sancısı kimi.
Məni ayrılığa sən öyrətmisən
Lap elə tənhalıq tanrısı kimi.
Və ya Tanrıların tənhalığı tək
Yalnızam, yalnızam, gecədən yalnız
Mənim savablarım qır qazanında
Sənin günahların cənnətdədir, qız.
Nə günah işlədim, rast gəldin mənə?
Görəndə dedim ki, ay parəsidir
Vallah, sən günahsan, bu sevgi günah
Ayrılıq bu eşqin kəffarəsidir.
pia.az