Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Valideyn himayəsindən məhrum olanlar üçün 3 ay sınaq müddəti olacaq

Valideyn himayəsindən məhrum olmuş uşaqların valideyn-namizədin evində sınaq müddətində yerləşdirilməsi qaydası açıqlanıb...

PİA.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanında bəndlər yer alıb.

Qeyd edilib ki, valideyn himayəsindən məhrum olmuş uşağın yerləşdirildiyi müəssisədə valideyn-namizədlə uşağın görüşünə dair sosial işçinin hesabatı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşağın valideyn-namizədin ailəsində 3 ay sınaq müddətində müvəqqəti yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir.

Valideyn himayəsindən məhrum olmuş uşaq Azərbaycanın hüdudlarından kənarda yaşayan valideyn-namizədin (namizədlərin), o cümlədən əcnəbi və ya vətəndaşlığı olmayan valideyn-namizədlərin ailəsində sınaq müddətində, Ailə Məcəlləsinin 118.10-cu maddəsinin tələblərinə uyğun olaraq, həmin şəxslərin Azərbaycanda mülkiyyətində yaşayış sahəsi olduğu hallarda həmin yaşayış sahəsində, Azərbaycanda mülkiyyətində yaşayış sahəsi olmadığı hallarda isə Miqrasiya Məcəlləsinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alındıqdan sonra həmin yerlərdə yerləşdirilir.

Valideyn himayəsindən məhrum olmuş uşaq valideyn-namizədin (namizədlərin) ailəsində müvəqqəti yerləşdirildiyi halda Nazirliklə valideyn-namizəd arasında müqavilə bağlanır.

Qeyd olunan müqavilədə aşağıdakılar göstərilir:

Valideyn namizədin soyadı, adı, atasının adı (şəxsiyyətini təsdiq edən sənəd, onun seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqan barədə məlumatlar) və Nazirliyin rekvizitləri, müqavilənin predmeti; müqavilənin müddəti və ona vaxtından əvvəl xitamverilmə qaydası; tərəflərin hüquq və vəzifələri, o cümlədən valideyn-namizədin müqavilə müddətində monitorinq aparılması üçün sosial işçiyə şərait yaratması və Nazirliyin müqavilə müddətində valideyn-namizədə kömək göstərməsi; tərəflər arasında mübahisələrin həlli qaydası; tərəflərin məsuliyyəti; valideyn-namizədin uşağın həyat və sağlamlığı ilə bağlı Nazirliyi məlumatlandırma qaydası.

Sınaq müddətində uşaqlarla iş üzrə sosial işçi ilk həftədə ən azı üç dəfə, növbəti həftələrdə isə bir dəfədən az olmayaraq valideyn-namizədlə uşaq arasındakı münasibətlərin monitorinqini aparır və onun nəticələrinə dair hesabat tərtib edərək altsistemə daxil edir.

Sosial işçinin hesabatı mənfi olduqda, o cümlədən həmin rəydə (hesabatda) uşağın ailədə yerləşdirilməsinin onun həyat və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən edildikdə, Nazirlik uşağın təxirə salınmadan sosial xidmət müəssisəsinə qaytarılmasını və barəsində reabilitasiya tədbirləri görülməsini təşkil edir.

Sınaq müddəti bitdikdə Nazirlik uyğun rəy hazırlayır. Rəy müsbət olduqda sınaq müddəti məhkəmənin valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa verilməsi barədə müvafiq qərarı qəbul edilənədək, məhkəmə uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul etdikdə isə həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. (APA)

pia.az

Günay Elşadqızı



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar