Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Ələkbərov 6,56 milyard dollar itirdi

Ən zəngin rusiyalıların sərvəti 2020-ci ilin əvvəlindən, ümumilikdə, 46 milyard dollar azalıb...

Bu barədə “RİA Novosti” “Bloomberg Billionaires Index” reytinqinə əsasən məlumat yayıb.

İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.

Ümumiyyətlə, dünyanın ən zəngin 500 insanının daxil olduğu reytinqdə 23 Rusiya vətəndaşı yer alıb.

Siyahıda olan rusiyalı milyarderlərdən yalnız Süleyman Kərimov sərvətini 691 milyon dollar artıra bilib.

“Nornikel”in sahibi Vladimir Potaninin sərvəti ilin ilk dörd ayında 2,04 milyard dollar azalaraq, 26 milyard dollara çatıb. NLMK şirkətinin əsas benefisiarı Vladimir Lisin bu müddətdə 3,84 milyard dollar itirib (hazırda sərvəti 17,6 milyard dollardır).

Ən çox sərvət itirən isə “Novateka” şirkətinin şəriki Leonid Mixelsondur. Onun sərvəti 7,66 milyard dollar azalaraq, 16,9 milyard dollara bərabər olub. “Severstal”ın sahibi Aleksey Mordaşovun kapitalı 3,8 milyard dollar azalaraq, 16,2 milyard dollara qədər enib.

“LUKoil”un prezidenti Vahid Ələkbərovun sərvəti isə 6,56 milyard dollar azalıb. Hazırda V.Ələkbərovun sərvətinin həcmi 15,7 milyard dollara bərabərdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar