Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov: “Pandemiya dövründə təhsil alan şəxslər çox əziyyət çəkirlər”

Millət vəkili, təhsil üzrə ekspert Etibar Əliyev təhsil haqları ilə bağlı rektorlara müraciət edib. Deputat qeyd edib ki, pandemiyanın yaratdığı problemlərdən biri də ödənişli əsaslarla təhsil alan tələbələrin çətinliklə üzləşməsidir. Parlament üzvü vurğulayıb ki, universitetə ödənişli əsaslarla daxil olan tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsində sərbəstlik verilməlidir:

“Ölkəmizdə qarşıya qoyulan əsas məsələ insan kapitalının inkişafıdır. Bu baxımdan tələbələr üçün əlverişli şəraitlərin yaradılması lazımdır. Ödəniş etməkdə çətinlik çəkən tələbələrə güzəştlər edilməlidir”.

Bəs, pandemiya şəraitində olan ölkəmizdə təhsil haqlarının hissə-hissə ödənilməsi üçün əlverişli şərait varmı?

PİA.az xəbər verir ki, həmkarının təklifini dəstəklədiyini deyən millət vəkili Vahid Əhmədov “Sherg.az”a bildirib ki, pandemiya dövründə tələbələrə müəyyən güzəştlərin edilməsi vacibdir: “Etibar Əliyev təhsil sistemini kifayət qədər bilən təcrübəli ekspertdir. Onun dedikləri ilə razıyam. Həqiqətən də ödəmələrlə əlaqədar ciddi problemlər var. Ümumiyyətlə, təhsil ödəmələrində, həmçinin rayondan gələn tələbələrin oxuması və yaşaması üçün bəzi problemlər var”.

Parlamentari vurğulayıb ki, tələbələr bəzən təhsil haqlarını ödəyə bilmədikləri üçün universiteti bitirə bilmirlər: “Bu problemlə əlaqədar “Təhsil kreditləri” haqqında qanun layihəsi hazırlayıb Milli Məclisə vermişik. Yəqin ki, Parlamentin sədri bununla əlaqədar öz rəyini bildirəcək. İstəyirik ki, qanun layihəsi qəbul edilsin. Bütün dünya ölkələrində təhsil kreditləri var. Tələbələrin oxuması və normal yaşaması problem olmamalıdır. Onlar təhsilini bitirdikdən 2 il sonra, krediti qaytarmaq imkanı olanda geri ödəyə bilərlər. Pandemiya dövründə təhsil alan şəxslər çox əziyyət çəkirlər. Məlumdur ki, ödəmələrdə də müəyyən artımlar oldu. Ona görə də bu sahədə yardımların edilməsi çox vacibdir”.

pia.az


Etiket: Vahid Əhmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar