Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov hökumətə çağırış etdi

"Maliyyə amnistisiyası ciddi məsələ olaraq qalır, tenderler düzgün keçirilmir"...

“Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən və büdcə müzakirələrinə həsr olunmuş plenar iclasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bu sahədə əsaslı vəsait qoyuluşuna daha geniş imkan yaradılmalıdır: “Qeyri-neft sektorunun inkişafında imkanlar həddən artıq böyükdür. Son illər ölkəmizdə sənaye parkları istifadəyə verilib. Bu sənaye parklarının istifadəsinə 3,3 milyard dollar vəsait xərclənib. Bu parklarda 1,5 milyard manata yaxın məhsul istehsal edilib, 306 milyon manata yaxın məhsul isə xaricə ixrac edilib. Biz sənaye müəssisələrini 7 il müddətinə vergidən azad etmişik. Yeni İqtisadiyyat naziri bu müəssisələri daha 3 il müddətinə vergidən azad edilməsini təklif edir. Düşünürəm ki, 7 il bəs edər ki, həmin sənaye müəssisələri kifayət qədər effektiv işləsinlər və Azərbaycanın dövlət büdcəsinə vergi versinlər. Bu, çox ciddi məsələdir və Azərbaycan hökumətinə bu məsələnin üzərində işləməyi təklif edirəm”.

Millət vəkili satınalmalarla bağlı bildirib ki, Azərbaycanda tenderler düzgün keçirilmir: “Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir”.

Bununla yanaşı V. Əhmədov hesab edir ki, hökumət gəlir deklarasiyası ilə bağlı sənədi hazırlayıb təqdim etməlidir: “O cümlədən maliyyə amnistisiyası məsələsi də ciddi məsələ olaraq qalır”.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar