Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov həmkarları tərəfindən hədəfə götürülüb? - Deputatın çıxışı Səfər Əbiyevlə əlaqələndirilir...

Milli Məclisin bugünkü iclasında Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıkovu tənqid edən deputat Vahid Əhmədova həmkarları tərəfindən sərt reaksiyalar davam edir...

Günorta fasiləsindən sonra davam edən iclasda deputatların çıxışları əsasən Vahid Əhmədova həsr olunub.

Belə ki, Siyavuş Novruzov və Bəxtiyar Əliyevin ardınca deputat Fəzail Ağamalı, Birinci vitse-spiker Əli Hüseynli və vitse-spiker Fəzail İbrahimlidə V.Əhmədovu sərt tənqid ediblər.

F.Ağamalı həmkarını keçmiş Müdafiə naziri Səfər Əbiyevə bağlayaraq, dolayısilə onu sifarişlə danışmaqda ittiham edib: “Bundan əvvəlki Müdafiə nazirinin dövründə əsgərlərin çəkmələrini valideynlər alırdı. O pullar da ayrı-ayrı ciblərə gedirdi”.

O bildirib ki, valideynlər görüş keçirmək üçün pullar ödəyirdi: “Bu gün Müdafiə Nazirliyi öz işini yüksək səviyyədə qurur. Aprel döyüşlərini aparan Müdafiə Nazirliyinə bunu demək düzgün deyil”.

“Çox təəssüf olsun ki, sizin buradakı çıxışınızda həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz”. APA-nın məlumatına görə, bunu isə Milli Məclisin Sədrinin birinci müavini Əli Hüseynli Vahid Əhmədovun çıxışına cavab verərkən deyib.

Vitse spiker bildirib ki, bu zalda oturan deputatlar əli silahlı döyüşən Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı kimi hiss edir: “Hər kəs burada Qarabağ deputatıdır. Siz burada nahaq yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etdiniz. Bu baxımdan birmənalı bildirirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.

Spiker Sahibə Qafarova da çıxış edərək bildirib ki, Əli Hüseynlinin fikri ilə onun və müavinlərinin fikri eynidir.

Qeyd edək ki, V. Əhmədov parlamentin bugünkü iclasında Müdafiə naziri Zakir Həsənovun ünvanına tənqidi fikirlər səsləndirib. Z.Həsənov və Nəcməddin Sadıkovun Azərbaycan dilini bilmədiklərini deyən deputat əlavə edib: “Biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. Sən müdafiə nazirisən. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq”.

“Şimaldan, cənubdan, şərqdən və qərbdən uzanan iti caynaqlar və baxışlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır”.

“Report” xəbər verir ki, bunu da Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər düşmənləri var:

“Belə bir məqamda bizim özümüzdən başqa, bir-birimizə söykənib, əl-ələ verib bu çətin məqamlarda ən çətin vəziyyətdən çıxmaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Ona görə də hər bir sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək lazımdır”.(azpolitika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

Ən çox oxunanalar