Bazar, 24 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində ABŞ-da təşkil olunan “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib.

PİA.az-ın xəbərinə görə, tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın, Kolumbiyanın Azərbaycandakı səfiri, İsrailin Azərbaycandakı səfirinin müavini, Qazaxıstanın və Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Acılış nitqini edən əməkdar artist Nərgiz Əliyarova iştirakçılara müsabiqənin əhəmiyyətindən və tarixindən danışıb. Burada yer alan əsərlər barədə məlumat verib.

Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının qələbədən sonra bu il fərqli qeyd edilməsindən söz açıb. Qeyd edib ki, müsabiqədəki əsərləri böyük bir sevgi ilə hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov komitə adından təşkilatçılara təşəkkürünü bildirib. Bildirib ki, Prezidentin tapşırığı ilə xaricdə yaşayan soydaşlarımıza dəstək göstərilir. Qeyd edib ki, mədəniyyət sahəsində təbliğ etdiyimiz istiqamətlər çoxdur, bu səbəbdən onların həyata keçirilməsində bir neçə qurumun əməyi olmalıdır.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın çıxışında şanlı qələbənin ardından keçirilən müsabiqədə iştirak etməkdən xoşbəxtlik duyduğunu deyib.

Tədbirdə Paris, İsrail, Kolumbiya, Türkiyə, Qazaxıstan, Britaniya, eləcə də azərbaycanlı laureat və diplomantlarına mükafatlar təqdim olunub.

Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, “cadeNZa” ansamblı, Nərgiz Əliyarova (piano), Gülnaz İsmayılova (vokal) ifasında Üzeyir Hacıbəylinin və müsabiqə qaliblərinin əsərləri səslənib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb

İrandan Ərdoğanın açıqlamasına reaksiya: “Etnik xalqlardan qorxmaq...”

Ruslar Qarabağ müharibəsinə aid elə görüntülər yaydı ki… - Fotolar

İran Bakı qarşısından “rus çörəyi”nə görə geri çəkildi

Fərqanə Qasımova həbsdə olan həyat yoldaşı haqda sirləri açdı

İranın Azərbaycan əleyhinə təbliğat maşını – Video

İntihar edən qız polkovnikin nəvəsidir: Bloqqer imiş- Foto

Tanınmış jurnalistin bacısı səhhəti ilə bağlı prezidentə müraciət etdi

“Çökəklikdə cənnət” - rus mediası Qarabağa axan xarici investisiyadan yazır

“Putin sülhməramlıların müddətinin uzadılmasında israrlı deyil”... - Kremlin xəritələri sülhü yaxınlaşdırırmı?

Zina edənlər həbs edilsin - Tanınmış aparıcı

Ən çox oxunanalar