Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uzadılan sərt karantin rejimi iqtisadiyyata nə qədər ziyan vura bilər?

İnsanların uzun müddət işsiz qalmaları şəraitində hökümətin kompensasiya ödəyəcəyini də nəzərə alarsaq, ümumilikdə Azərbaycan iqtisadiyyatına nə qədər ziyan dəyə bilər?..

İqtisadçı-ekspert: “Hökumətin ilk başlanğıcda sərt karantin rejiminində həyata keçirdiyi tədbirləri indiki halda təkrarlanması vacibdir”.

“Aprel ayında aparılan hesablamalar göstərir ki, həmin ayda həyata keçirilən proseslər ən azı gündəlik təqribən 65-70 milyon manat arası ümumi daxili məhsullarda itkilərə gətirib çıxardı. İndiki karantin rejiminin davam etməsi, ən azı bu məbləğin müəyyən həcminin təkrarlanmasına gətirib çıxaracaq. Söhbət 45-50 milyon itkilərdən gedir”.

Bu sözləri iqtisadçı-ekspert Azər Mehdiyev uzadılan karantin rejiminin Azərbaycan iqtisadiyyatına edəcək ziyanlarını PİA.az-a şərh edərkən qeyd edib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva dünən keçirilən brifinqdə məlumat verdi ki, Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq".

Həmçinin Leyla Abdullayeva brifinqdə deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq olunacaq ciddi karantin rejimi ilə bağlı iyunun 19-da qərar verəcək.

Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.

Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, LənkəranMasallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.

Son günlər koronavirusa yoluxmaların artmasına görə artıq demək olar ki, karantin rejimində yumşaltmalrın gətirilməsi gündəmdən qalxıb və karantinin daha sərtləşdirilməsi hökümət tərəfindən müzakirə edilir. Bu gün qərarlarının açəqlanacağı gözlənilir.

Karantin rejiminin yenidən və uzun müddətə sərtləşdirilməsi Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? İnsanların uzun müddət işsiz qalmaları şəraitində hökümətin kompensasiya ödəyəcəyini də nəzərə alarsaq, ümumilikdə Azərbaycan iqtisadiyyatına nə qədər ziyan dəyə bilər və büdcə bu şərtlərə nə qədər davam gətirə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehdiyevə müraciət edib.

Azər Mehdiyev: “Mütləq şəkildə hökumətin dəstək proqramı həyata keçirməsi vacibdir”.

Hökumətin ilk başlanğıcda sərt karantin rejiminində həyata keçirdiyi tədbirləri indiki halda təkrarlanmasının vacib olduğunu düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, faktiki olaraq insanlar iqtisadi fəaliyyətdən kənarda qaldıqları və qazanc əldə etmək imkanları məhdudlaşdığna görə hökümət vətəndaşlara dəyən ziyanı ödəməlidir:

“Sərt karantin rejiminin tətbiq edilməsi elan edilsə də, hələ ki, karantinin tam detalları açıqlanmayıb. Təbii ki, tam detalların açılmasından sonra daha dəqiq fikirlər söyləmək olar. Amma ortada olan bir məsələ var ki, artıq biz bu cür rejimi mart, aprel aylarında yaşadıq.

Sonradan müəyyən yumşalma oldu və hökumət ən azı mart, aprel ayı üçün müəyyən qurumlara dəstək proqramları həyata keçirdi. Xüsusən hökumət kiçik sahibkarlara dəstək oldu. Həmçinin hökumət işləməyən vətəndaş üçün 2 aylıq 190 manat müavinat verdi. Lakin sonradan bütün bunlar dayandırıldı və hökumət karantin rejiminin yumşaldılması rejiminə keçdi. Bu da özünü doğrultmadı. Vəziyyətə uyğun olaraq yenidən sərt karantin rejiminə keçirildi.

Təbii ki, hökumətin ilk başlanğıcda sərt karantin rejiminində həyata keçirdiyi tədbirləri indiki halda təkrarlanması vacibdir. Çünki faktiki olaraq insanlar iqtisadi fəaliyyətdən kənarda qalırlar və qazanc əldə etmək imkanları məhdudlaşır. Bu halda onların dolanması üçün mütləq şəkildə hökumətin dəstək proqramı həyata keçirməsi vacibdir.

Azər Mehdiyev: “İtkilərin son ümumi həcmi karantinin nə qədər davam etməsindən asılı olacaq”.

Bu da hökuməti iki formada xərcə salır:

1. İqtisadiyyat işləmədiyinə görə ölkədə əhali gəlirlərdən məhrum olub. Yəni bu itkidir.

2. Hökumət dövlət büdcəsi hesabına əlavə olaraq bu qrupları dəstəkləməlidir. Bu da əlavə xərcdir.

Aprel ayında aparılan hesablamalar göstərir ki, həmin ayda həyata keçirilən proseslər ən azı gündəlik təqribən 65-70 milyon manat arası ümumi daxili məhsullarda itkilərə gətirib çıxardı. İndiki karantin rejiminin davam etməsi ən azı bu məbləğin müəyyən həcminin təkrarlanmasına gətirib çıxaracaq. Söhbət 45-50 milyon itkilərdən gedir.

Amma bir daha qeyd edim ki, dəqiq rəqəmlər məlumatların tam açıqlanmasından sonra deyilə bilər. İtkilərin son ümumi həcmi karantinin nə qədər davam etməsindən asılı olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar