Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üst-üstə düşməyən maraqlar - NATO ilə Türkiyə arasında nələr baş verir?

Türkiyənin NATO-nun Şərqi Avropanı Rusiyadan qorumaq planını dəstəkləməkdən imtina etməsinin nəticəsi nə olacaq?..

Politoloq: “Niyə NATO-ya görə Türkiyə Rusiya ilə üz-üzə gəlməlidir? Qırıcı böhranında NATO Türkiyəyə görə Rusiya ilə üz-üzə gəlmədi”.

“Aparıcı NATO dövlətləti Türkiyənin Yaxın Şərqdə və bütün regionda maraqlarını nəzərə almaq istəmirlər, bəzən isə bu maraqları özlərinə qarşı düşmən mövqedə görürlər. Bu da təbii ki, Türkiyədə normal qarşılanmır və Türkiyə özünə qarşı sərgilənən mövqeyə qarşı adekvat mövqe sərgiləyir”.

Bu sözləri politoloq Əhəd Məmmədli Bu sözləri Türkiyənin NATO-nun Şərqi AvropaRusiyadan qorumaq planını dəstəkləməkdən imtina etməsini PİA.az şərh edərkən deyib.

Türkiyə Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı apardığı “Barış pınarı” əməliyyatına NATO-nun kifayət qədər siyasi dəstək vermədiyi üçün, alyansın Baltik ölkələri və Polşa ilə bağlı müdafiə planlarına mane olub. Bildirilib ki, Türkiyə NATO-nun planlarını anti-terror əməliyyatına kifayət qədər dəstək gələnə qədər öz mövqeyini dəyişməyəcək.

Xəbərdə Türkiyənin NATO-dakı nümayəndəsinə ittifaqın YPG-ni terrorçu qruplaşma kimi tanımasına qədər sözügedən müdafiə planlarını imzalamaması, xüsusi və rəsmi görüşlərdə bu məsələ haqqında qəti mövqe sərgiləməsinə dair təlimat verildiyi yazılıb.

NATO ölkələri Baltik bölgəsi və Polşaya ehtimal edilən Rusiya hücumuna qarşı müdafiəni təmin etmək məqsədilə hərbi planını həyata keçirmək istəyir. Alyans Türkiyə olmadan bu planın baş tutmasının çətin olacağını da bilir. NATO-da Türkiyənin planı rədd etməsini isə şərqi avropalıları “girov” götürməsi kimi dəyərləndirilir.

Türkiyənin NATO-nun Şərqi AvropaRusiyadan qorumaq planını dəstəkləməkdən imtina etməsinin nəticəsi nə olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “NATO-Türkiyə münasibətləri yaxın gələcəkdə hansısa müstəvidə daha da gərginləşə bilər. Hansısa məsələlərdə zidd maraqlar və mövqelər də ortaya çıxa bilər. Amma Türkiyə NATO da qalacaq”.

NATO-nun Türkiyəni qurumdan çıxarmasını mümkünsüz hesab edən politoloq PİA.az-a açıqlamasında bildirib ki, NATO-nun ikinci ən böyük ordusu olan Türkiyə Şimali Atlantik Alyans üçün həyəti əhəmiyyət daşıyır:

“Türkiyə ilə Rusiya arasında qırıcı təyyarənin vurulması zamanı NATO Ankaranın arxasından çəkildi, Rusiya ilə üzbə-üz qoydu. Türkiyənin NATO-ya qarşı indiki mövqeyi anlaşılandır. Niyə NATO-ya görə Türkiyə Rusiya ilə üz-üzə gəlməlidir? Qırıcı böhranında NATO Türkiyəyə görə Rusiya ilə üz-üzə gəlmədi.

Üstəlik NATO ölkələri - ABŞAvropa Birliyinə daxil olan dövlətlərinin əksəriyyətinin PKK-YPQ-yə dəstəyi haqlı olaraq Türkiyənin Qərbdəki müttəfiqlərinə inamını sarsıdıb. Bu inamın bərpası isə elə də asan görünmür. Çünki fərqli maraqlardan çıxış edən aparıcı NATO dövlətləti Türkiyənin Yaxın Şərqdə və bütün regionda maraqlarını nəzərə almaq istəmirlər, bəzən isə bu maraqları özlərinə qarşı düşmən mövqedə görürlər. Bu da təbii ki, Türkiyədə normal qarşılanmır və Türkiyə özünə qarşı sərgilənən mövqeyə qarşı adekvat mövqe sərgiləyir.

Əhəd Məmmədli: “Türkiyəsiz NATO Avrasiya və Şimali Afrika geosiyasətində çox zəif duruma düşər və alyansın rəqiblərinin bu coğrafiyada çox güclənməsinə səbəb olar”.

Ona görə də NATO-Türkiyə münasibətləri yaxın gələcəkdə hansısa müstəvidə daha da gərginləşə bilər. Hansısa məsələlərdə zidd maraqlar və mövqelər də ortaya çıxa bilər. Amma Türkiyə NATO da qalacaq. Çünki Türkiyə NATO-ya, hələlik də NATO Türkiyəyə lazımdır. Türkiyə Şimali Atlantik Alyans üçün həyəti əhəmiyyət daşıyır. NATO Türkiyəyə qarşı bir həmlə edə bilər, amma Türkiyənin qurumdan çıxarılmasına getməz. Bu texniki olraq da çətin və mürəkkəb məslədir.

Eyni zamanda Türkiyəsiz NATO Avrasiya və Şimali Afrika geosiyasətində çox zəif duruma düşər və alyansın rəqiblərinin bu coğrafiyada çox güclənməsinə səbəb olar. Bunu bütün tərəflər bilr və bu üzdən də ziddiyyətli mövqelərdə ortaq məxrəclər tapılacaq. Ortaq məxrəc olmadıqda isə məsələnin üzərinə gedilməyəcək və hər öz maraqlarını müdafiə edəcək”.

Nərminə UMUDLU
pia.az

 


Etiket: Türkiyə NATO


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar