Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: Ötən il dünyada bir milyarda yaxın uşaq zorakılığa məruz qalıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı "dəyirmi masa" keçirib

Tədbirdə Daxili İşlər, Səhiyyə, Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika KomitəsiBMT agentliklərinin nümayəndələri iştirak ediblər.

ÜST-un məlumatına görə, ötən il dünyada 2-17 yaş arası bir milyarda yaxın uşaq fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qalıb: "Uşaqlıq çağında zorakılığa məruz qalmaq sağlamlığa və rifaha ömürlük öz təsirini göstərir".

Azərbaycanda fəaliyyət göstərən Uşaq Qaynar Xəttinin ötən ilin yekunları ilə bağlı hesabatına görə 2018-ci il ərzində quruma uşaqların zorakılığa məruz qalması ilə bağlı 3581 müraciət daxil olub.

Qeyd edək ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə olan gündəliyinin icrasını təsdiqləyib. Gündəliyin 16.2 maddəsinin hədəfi uşaqların istismarı, alveri, onlara qarşı hər cür zorakılığa və işgəncəyə son verməyi nəzərdə tutur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar