Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: ""Omikron" ştamı COVID-19-a təkrar yoluxma riskini artırır"

"İlkin məlumatlara görə, "Omikron" ştamı COVID-19 infeksiyasına yüksək təkrar yoluxma riskinə malikdir, yəni xəstəliyi artıq keçirmiş şəxslərin bu ştama yoluxma riski virusun digər variantlarına yoluxma riskindən daha çoxdur".

Bunu PİA.az-a Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.

“İlkin məlumatlara görə, Cənubi Afrikada xəstəxanaya yerləşdirmə halları artmaqdadır, lakin bu, məhz “Omikron” ştamına yoluxanların deyil, virusun bütün ştamlarına yoluxanların sayının çoxluğu ilə əlaqədar ola bilər. Hazırda “Omikron” ştamı ilə əlaqəli simptomların digər variantların simptomlarından fərqlənməsini iddia etməyə əsas verən heç bir məlumat yoxdur. Yoluxma haqqında ilk məlumatlar xəstəliyi daha yüngül keçirən gənclər arasında aparılmış universitet araşdırması zamanı əldə olunub, lakin “Omikron” variantının ağırlıq səviyyəsini tam anlamaq üçün bir neçə gündən bir neçə həftəyədək vaxt tələb oluna bilər.

“COVID-19-un hazırda dünyada geniş yayılmış “Delta” ştamı da daxil olmaqla bütün variantları xüsusən də daha həssas insanlarda ağır xəstəliklərə və ya ölümə səbəb ola bilər. Bu səbəbdən, profilaktikaya xüsusi diqqət yetirilməlidir”, - təşkilatdan bildiriblər.

“Peyvəndləmə hələ də xəstəliyə ağır yoluxma və ölüm hallarının azaldılması baxımından həlledici əhəmiyyətə malikdir. Mövcud vaksinlər ağır yoluxma və ölüm hallarına qarşı effektiv olaraq qalmaqdadır. COVID-19 virusunun yayılmasını azaltmaq üçün görüləcək ən effektiv tədbirlərə 1 metrdən az olmayaraq məsafə saxlamaq, üzə sıx yapışan tibbi maska taxmaq, məkanda havalandırmanı yaxşılaşdırmaq üçün pəncərələri açmaq, pis havalandırılan və ya insanların çox olduğu məkanlara getməmək, əlləri təmiz saxlamaq, öskürərkən və ya asqırarkən ağızı qol bükümü və ya parça ilə tutmaq, vaxtlı-vaxtında peyvənd olunmaq daxildir”, - ÜST-dən deyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar