Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST meymunçiçəyinə görə səyahət qadağası tövsiyə etmir

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) endemik ölkələrdən kənarda meymunçiçəyi epidemiyası səbəbindən ölkələrə səyahət məhdudiyyətləri qoymağı tövsiyə etmir".

PİA.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ÜST-nin eksperti Silvie Brayand üzv ölkələr üçün keçirilən brifinqdə danışıb.

O bildirib ki, meymunçiçəyi ictimaiyyəti narahat etməli olan xəstəlik deyil və COVID-19 ilə eyni tutulmamalıdır.

"Biz heç bir səyahət qadağası və ya məhdudiyyəti tövsiyə etmirik", - Brayand qeyd edib.

Ekspertin sözlərinə görə, bununla belə üzv ölkələr yoluxmuş şəxslərin qeydiyyatını aparmalı və yoluxanların təcrid olunmasına diqqət yetirməlidirlər. ÜST ekspertləri əksər hallarda xəstəliyin yüngül formada keçdiyi qənaətindədirlər. Hamilə qadınlar, uşaqlar və zəif immunitetə malik şəxslərdə isə xəstəliyin ağır keçmə ehtimalı yüksəkdir.

S.Brayand qeyd edib ki, yoluxma hallarının qarşısının alına bilməsi üçün əlverişli vaxt pəncərəsi mövcuddur. Lakin meymunçiçəyinə qarşı da təsir gücünə malik olan çiçəyə qarşı peyvəndlərin kütləvi vaksinasiya üçün həcmi müəyyən edilməlidir.

ÜST bu virusa yoluxma hallarının yaxın dövrdə artacağını hesab edir və indiyədək 20-dən artıq ölkədə meymunçiçəyinə yoluxma halları təsdiqlənib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar