Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

ÜST: Dünya fəlakətə bərabər mənəvi uğursuzluğun astanasındadır

İndiyədək dünyanın 49 zəngin ölkəsində koronavirusa qarşı 39 milyon doz peyvənd olması müqabilində ən yoxsul ölkələrin birində cəmi 25 nəfərə peyvənd vurulub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın icraçı komitəsinin sessiyasında bildirib.

“Açıq deməliyəm, dünya fəlakətə bərabər mənəvi uğursuzluğun astanasındadır və bu uğursuzluq dünyanın ən yoxsul ölkələrində yaşamaq və güzəran bahasına başa gələcək”, - deyən təşkilat rəhbəri hazırda müxtəlif ölkələrin sakinlərinə bərabər peyvənd imkanlarını təmin etmək planlarının ciddi təhlükə altında olduğunu vurğulayıb.

“Zəngin ölkələrdə daha gənc və sağlam şəxslərin yoxsul ölkələrdəki səhiyyə işçilərindən və yaşlı insanlardan əvvəl peyvənd olunmaları düzgün deyil”, – deyə təşkilat rəhbəri indiyədək milyonlarla doz dərman sifariş etmiş qabaqcıl ölkələri həmin dərmanların bir hissəsini kasıb ölkələrlə paylaşmağa çağırıb.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

“İrəvanda hər şey rusların qərarından asılı olacaq” - Kreml Paşinyanı qorxutmaq istəyir

ABŞ gecə saatlarında İranın hərbi obyektlərini vurdu

Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur

Putinlə Paşinyan arasında telefon danışığı olub

Xərçəngə tutulmamaq üçün 8 qidadan imtina etməlisiniz - Siyahı

Ən çox oxunanalar