Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlara qoyulan rayon və şəhər adları - Siyahı

Yəqin ki, Azərbaycanda yeni doğulan körpələrə rayon və şəhər adlarının verilməsi hallarından çoxları xəbərsizdir. Maraqlıdır ki, belə faktlar var.

Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, bəzi valideynlər hansısa şəhər və ya rayonun adına şəkilçi və ya köməkçi söz əlavə etməklə onu övladına verib. Bəzi rayon adları isə elə olduğu kimi uşaqlara qoyulub.

 Məsələn, son beş ildə dörd uşağa Tovuz adı verilib.

Bir körpəyə Gəncə, altısına Gəncəli, birinə Gəncəbanu adı qoyulub.

2021-ci ildə dünyaya gələn bir körpə qız Şuşa adlandırılıb.

Son beş ildə iki uşağa Quba, birinə Qubaxanım ismi qoyulub.

Valideynlər bir körpəni Şəmkir, birini Şəki adlandırıblar.

Bundan başqa, Şəki adına uyğunluq təşkil edən yeni isimlər də düzəldilib. Belə ki, bir uşağa Şəkixanım, birinə Şəkiyə, birinə Şəkixan, birinə Şəkibə adı verilib.

Hazırda bir uşaq Zərdabi, bir uşaq Kəpəz, biri Ağsurə adı ilə böyüyür.

Son beş ildə 335 körpəyə Oğuz adı qoyulub. 88 uşaq Oğuzxan, dördü Oğuzcan adlandırılıb.

Son beş ildə 50 körpəyə Nəsimi, 321-nə Nizami, altısına Xətai, 197 körpəyə Xəzər, 65-nə Füzuli adı verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar