Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq pulu hansı ailələr üçün bərpa olunur? - Açıqlama

Son dövrlər müzakirə olunan məsələlərdən biri uşaqpulunun bərpasıdır. Hətta bu məsələ Milli Məclisin müvafiq komitələrində də müzakirə olunmaqdadır. Uşaqpulu ilkin olaraq hansı ailələr üçün bərpa oluna bilər?

Deputat Ramil Həsən bildirib ki, Milli Məclisin deputatları olaraq həm seçki kampaniyası həm də seçicilərimizlə görüşlər zamanı vətəndaşlarımız tərəfindən qaldırılan məsələ ünvanlı sosial yardım əvəzinə uşaq pulunun verilməsidir:

"Əhalinin və görüşdüyümüz insanların hər birinin istəyi uşaqpulunun yenidən bərpasıdır. Bunun üçün dünyada mövcud olan praktikalara nəzər salmaq lazımdır.

Belə ki, dünyada bunun bir neçə forması tədbiq edilməkdədir. Həmin praktikaların biri olan ünvanlı sosial yardımdır. Onu da Azərbaycan hazırda tədbiq etməkdədir. Digəri isə uşaqpuludur. Avropa ölkələrində hər ikisi də tədbiq olunmaqdadır.

Əlbəttə mütəxəssislər bununla bağlı araşdırmalar və analizlər edərək doğru qərarı verəcəklərindən əminəm. Uşaqpulu bərpa edilən zaman da müəyyən məsələr diqqətə alınmalıdır.

Bilirsiniz ki, bu gün Azərbaycanda maddi tərəfdən tam təmin olunan aztəminatlı ailələr var. Maddi cəhətdən heç bir çətinliyi olmayan ailəyə uşaqpulunun verilməsinin heç bir mənası yoxdur. Əlbəttə maddi çəhətdən çətinlik çəkən ailələrin uşaqlarının necə müəyyənləşə biləcəyi ilə bağlı iqtisadi ekspertlər daha yaxşı bilər.Sadəcə mənim fikrimcə uşaqpulunun bərpası müzakirə olunmalı və bununla bağlı məsələ öz həllini tapmalıdır".

Deputat qeyd edib ki, dövlətimiz hər zaman dövlətinin yanındadır:

"Bilirsiniz ki, Azərbaycan sosial dövlətdir. Başda ölkə başçısı cənab İlham Əliyev olmaqla Azərbaycan dövləti hər zaman vətəndaşının qayğısına qalmaqdadır. Pandemiya dövründə və sonrası üçün dövlətimizin proqramları mövcuddur. Milli Məclisin deputatları və komitələri vətəndaşların bununla bağlı arzu və istəklərini mütəmadı müvafiq orqanlara çatdırırıq.

Əminəm ki, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlar ciddi araşdırmalar edib, sosial rəyi də nəzərə alaraq ölkəmizin xüsusilə də insanlarımızın xeyirinə ola biləcək qərarlar qəbul edəcəklər". (Sonxəbər.az)

pia.az


Etiket: Uşaq pulu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar