Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

USAID və ABŞ-Azərbaycan Ticarət Palatası arasında memorandum imzalanıb

Tərəfdaşlar birgə işləyərək, hər iki ölkəyə öz tövhələrini verməyə çalışacaqlar

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və ABŞ-Azərbaycan Ticarət Palatası ümumi məqsələrə dair əməkdaşlıq sahəsində anlaşma memorandumu imzalayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iki tərəfdaş birgə işləyərək iqtisadi inkişafı stimullaşdırmağa, habelə ABŞAzərbaycan arasında ticarət və kommersiyanı, akademik və mədəni əlaqələri təşviq etməyə çalışacaqlar.

USAID və ABŞ-Azərbaycan Ticarət Palatası bir sıra sahədə və bazar sektorunda Amerika və Azərbaycan biznesləri arasında iqtisadi fəaliyyətlərin təşviqi istiqamətində tərəfdaşlıq edəcək. Onlar kənd təsərrüfatı müsəssisələri və fərdi sahibkarları texniki yardım və biznes təlimlər proqramları ilə təmin etməyi, perspektivli Azərbaycan sənaye sahələrinin inkişafı üçün innovativ elmi və bazar əsaslı həlləri təmin edə biləcək dövlət-özəl sektor tərəfdaşlığını həvəsləndirməyi planlaşdırır. Eyni zamanda, sazişdə aşağıdakı əməkdaşlıq sahələri nəzərdə tutulub: Azərbaycanda biznesə asan başlanması və onun fəaliyyət göstərməsi, qida təhlükəsizliyi standartlarının təkmilləşdirilməsi, kənd təsərrüfatı və aqrotexniki bacarıqlarının artırılması, gənclər və qadınlar üçün imkanların artırılması.
ABŞ-Azərbaycan Ticarət Palatası və USAID aprelin 3-5-də Çikaqoda ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət Palatası tərəfindən təşkil olunmuş İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumuna dair artıq əməkdaşlıq edib.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar