Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uruqvay Xarici Əlaqələr Nazirliyi: Dağlıq Qarabağın müstəqilliyini tanımırıq

Görüşlə bağlı Uruqvay Xarici Əlaqələr Nazirliyi mətbuatı məlumatı yayıb

Uruqvayın xarici əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycanın Uruqvay Şərq Respublikasında akkreditə olunmuş səfiri Rəşad Aslanov arasında görüş keçirilib.

XİN mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan səfirinin müraciəti əsasında keçirilən bu görüşün başlıca məqsədi ikitərəfli gündəlikdə duran bir sıra məsələlərin müzakirəsi, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “nümayəndəsinin” Uruqvaya gəlməsi və burada guya ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilməsi olub.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif məsələləri, o cümlədən mövcud yüksək səviyyəli əlaqələr haqda fikir mübadiləsi aparıblar. Burada həmçinin Bakıda keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumunda Uruqvay Xarici Əlaqələr naziri Rodolfo Nin Novoanın iştirakı məsələsi də müzakirə edilib.
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq qurumun qondarma “xarici işlər nazirinin” Uruqvaya səfəri məsələsinə gəldikdə, Uruqvay hökumətinin mövqeyinin fundamental və dəyişilməz olduğu XİN rəsmisi tərəfindən vurğulanıb. Bəyan edilib ki, Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və Uruqvay Dağlıq Qarabağın müstəqilliyini tanımır. Münaqişənin sülh yolu ilə həll edilməli olduğu qeyd edilərək, Uruqvayın ATƏT-in Minsk Qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəklədiyi vurğulanıb.

Görüşlə bağlı Uruqvay Xarici Əlaqələr Nazirliyi mətbuat məlumatı yayıb.

Azərbaycan səfirinin həmçinin Uruqvay Senatının sədri Luisa Topolanski ilə görüşü baş tutub. Görüş zamanı L.Topolanski Parlamentdə keçirilən tədbir zamanı hər hansı qondarma qurumun nümayəndəsi ilə deyil, Uruqvaydakı erməni icması ilə görüşdüyünü bildirib. Görüş nəticəsində Uruqvay Baş Assambleyası (Parlament) rəhbərliyinin mətbuat açıqlaması yayılıb. Açıqlamada Uruqvay Baş Assambleya və Senatının rəhbərliyinin Xarici Əlaqələr Nazirliyi tərəfindən yayılmış mətbuat açıqlamasının və xüsusilə də açıqlamanın sonuncu bəndində qeyd olunmuş “Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığına dair mövqeyini bir daha bəyan edir, Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bir daha bildirir, münaqişənin sülh yolu ilə həll edilməli olduğu və bu məqsədlə Uruqvayın ATƏT-in Minsk Qrupunun səylərini və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir” fikrinin tam dəstəklədiyi bəyan edilib.

Səfir Rəşad Aslanov Uruqvayın keçmiş prezidenti Xose Muxiko ilə də görüş keçirib. Dostluq şəraitində baş tutan bu görüşdə keçmiş prezident münaqişələrin sülh şəraitində həll edilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan xalqına tərəqqi və uğurlar arzulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar