Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ursula von der Leyen: "Çox yaxşı müzakirəmiz oldu"

"Bizim "Şərq Tərəfdaşlığı" ölkələrinin liderləri ilə virtual formatda baş tutan çox yaxşı müzakirəmiz oldu"...

PİA.az-ın xəbərinə görə, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Şərq Tərəfdaşlığı" ölkələrinin liderlərinin virtual formatda keçirilən Sammitindən sonra baş tutan mətbuat konfransında deyib.

"Bəli, bizim firavan qonşularımızın olması Aİ-nin strateji marağına uyğundur. Buna görə də biz bu istiqamətdə sıx əməkdaşlıq etməyə çalışır və dözümlü və möhkəm "Şərq Tərəfdaşlığı"nın formalaşmasına kömək edirik. Dözümlülük deyərkən biz iqtisadi inkişaf, stabillik və təhlükəsizliyi nəzərdə tuturuq. Dözümlülük, davamlılıq o zaman formalaşır ki, biz insan haqlarına, qanunun aliliyinə hörmət edirik. "Şərq Tərəfdaşlığı" da 10 ildən artıqdır ki bu istiqamətdə çalışır. Biz bu istiqamətdə tərəqqi və gözəçarpan nəticələr əldə edirik. Bu gün siz bu tərəfdaş ölkələrdə aparılan sorğulara baxsa görəcəksiniz ki, Aİ ən çox etibar edilən xarici institutudur. "Şərq Tərəfdaşlığı" ölkələrinin vətəndaşlarının 10-dan 7-si deyirik ki , "bizim Aİ ilə əməkdaşlığımız yaxşıdır", Avropa komissiyasının prezidenti vurğulayıb.

O bildirib ki, bugünki müzakirədə 2020-ci ildən sonrakı "Şərq Tərəfdaşlığı" onun prioritetləri müzakirə olunub. "Tərəfdaş ölkələrin liderləri ilə tərəfdaşlığımızda növbəti illər üçün beş əsas prioriteti müəyyənləşdirdik. Biz istəyirik ki, əməkdaşlığımız iqtisadiyyata, daha yaxşı fiziki əlaqələrə və xüsusilə də gənclər üçün ən yaxşı imkanların müəyyənləşdirilməsinə təkan versin".

"Tərəfdaşlarımızla 2016-2019-cu illərdə artan ticarət dövriyyəsi çox təsirlidir. Aİ və bu 6 tərəfdaş arasında həm də ikitərəfli ticarət dövriyyəsi gözəçarpacaq dərəcədə artıb. Məsələn, Azərbaycanla ticarət dövriyyəsində 55%-ə qədər artım var, Ukrayna ilə ticarət dövriyyəsində 50 % artım var. Biz həmçinin regiondaxili ticrət dövriyyəsinin iki dəfə artdığını görürük", Ursula von der Leyen əlavə edib.

"Biz həmçinin tərəfdaşlığımızda yaxşı idarəçilik, qanunun aliliyi, demokratik institutların formalaşması, insan haqları, gender bərabərliyi kimi məsələlərə xüsusi diqqət veririk. Bunlar bütün vətəndaşların tələbidir və Aİ üçün vacib dəyərlərdir".

Aİ rəsmisi deyib ki, blok və "Şərq Tərəfdaşlığı" ölkələri arasında əməkdaşlıqda digital əlaqələnmə prioritet sahələrdəndir. "Aİ öz Şərq tərəfdaşlarına texnologiyaların modernləşdirilməsində kömək edəcək.

Biz həmçinin iqlim dəyişikliyinə diqqət ayırmalıyıq və buna görə də yaşıllaşma siyasəti "Şərq Tərəfdaşlığının" gündəliyində mərkəzi yeri tutur.

Bu gün baş tutan videokonfrans "Şərq Tərəfdaşlığı" siyasətinə bağlılığı və "Aİ öz tərəfdaşları ilə birgə daha güclüdür", yanaşmasını daha da gücləndirdi", o, sonda vurğulayıb.(APA)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar