Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Həştərxanda anıldı - Fotolar

Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılaraq yad edilib...

Həştərxan Vilayəti Hökümətinin sədri A.Şarıkin, Həştərxan şəhəri Administrasiyasının rəhbəri M.Permyakova, İqtisadiyyat, təbii sərvətlər və nəqliyyat naziri D.Afanasev, Xarici Əlaqələr Agentliyinin rəhbəri V.Qalovkov, Azərbaycan Diasporasının rəhbərliyi və fəal üzvləri, Azərbaycan İş Mərkəzinin kollektivi, AMOR Həştərxan bölməsinin üzvləri Ulu Öndərin anadan olmasının 97-cı ildönümü münasibətilə abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında onun əvəzsiz rolundan danışılmışdır.

Qeyd edək ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında sıx işgüzar və dostluq əlaqələri mövcuddur. Belə ki, sosial və iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir çox layihələr həyata keçirilmişdir. Onu da qeyd edək ki, hal-hazırda Bakının Nərimanov rayonunda iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün Həştərxan İş Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir və yaxın zamanlarda fəaliyyətə başlaması gözlənilir.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar