Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Umayra Tağıyeva: "Hidrometeoroloqların işi yüksək dəqiqlik tələb edir"

Hidrometeoroloq kifayət qədər nadir, kütləvi olmayan peşələrə aid edilir

Meteoroloqun işində tədqiqat obyektinə və müşahidə edilən hadisələrin obyektiv interpretasiyasına fasiləsiz diqqət vacib şərt hesab olunur. Meteoroloqlar – xüsusi təhsilə malik insanlardır. Həmin peşənin mütəxəssisləri müşahidəçi, texnik, elmi işçi, mühəndis və operatorlardan ibarət olur.

Sinoptiklər hava proqnozunu hazırlayır, aeroloqlar atmosferin yuxarı qatlarının tərkibini öyrənir, dəniz hidrometeoroloqları dəniz bölməsini, aviameteoroloqlar isə hava nəqliyyatını hidrometeoroloji məlumatlarla təmin edirlər. Hidrometeoroloqların işi çox həssas olub, yüksək dəqiqlik tələb edir. Bu peşəni həm çətin və eyni zamanda romantik adlandırmaq olar. Belə ki, bu peşənin mütəxəssisləri ilə təbiət arasında daimi əlaqənin saxlanılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, respublikanın Əməkdar mühəndisi Umayra Tağıyeva deyib.

“Meteostansiyanın işçiləri buludlar üzərində müşahidə aparmaqla onun tipini, formasının dəyişməsini, yüksəkliyini qeyd edir, digər meteoroloji parametrlər üzrə ölçü işləri aparırlar. Hidroloqlar ölkənin yüksək dağlıq ərazilərində ekspedisiyalarda iştirak etməklə qar ehtiyatlarını ölçür, qiymətləndirir, buzlaqları öyrənir və bir çox digər işləri görürlər.

Sinoptiklərdən bilik və vərdişlərdən əlavə, analitik bacarıq və peşəkar intuisiyanı inkişaf etdirmək tələb olunur. Ona görə ki, bir-birinə oxşar proseslər olmadığından müxtəlif modellərin göstəriciləri ilkin şəraitdən asılı olaraq bəzən əks nəticələr verir. Bu mərhələdə sinoptik yeganə düzgün qərar qəbul etməlidir. Belə ki, vaxtında və düzgün verilmiş proqnozdan işi bilavasitə hava şəraitindən asılı olan insanların – neftçilərin, dənizçilərin, aviatorların və iqtisadiyyatın müxtəlif sahələrinin işçilərinin təhlükəsizliyi asılıdır. Bununla da demək olar ki, sinoptiklərin işi çox məsuliyyətli və eyni zamanda çox maraqlıdır”, – deyə U.Tağıyeva bildirib.

Departamentin direktoru qeyd edib ki, “yağış mümkündür” və ya “yağmursuz”, “küləyin güclənməsi” və ya “yüksək dalğa” kimi sadə frazaların arxasında böyük kollektivin gərgin əməyi durur: “Qabaqcadan verilmiş proqnozun gözlənilməsi çox narahatedicidir. Bu, yəqin ki, hər gün əməyinin nəticəsi hamı tərəfindən görünən ən nadir peşələrdən biridir. Fürsətdən istifadə edib bizim gənclərimizi – oğlan və qızlarımızı – coğrafları, fizikləri, riyaziyyatçıları – bizim işimizə dəvət edirik. Ümid edirik ki, Azərbaycan hidrometeorologiyasının gələcək inkişafında öz zəhmətinizi sərf edəcəksiniz.

23 mart – hava haqqında hər şeyi bilməyə imkan verən sahədə işləyən insanların – bütün dünyanın hidrometeorloqlarının peşəkar bayramıdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar