Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalılar Xocalıya ədalət tələb edirlər

Azərbaycan Diaspor Gənclər Şəbəkəsi və Ukrayna Azərbaycanlıları Gənclər Radasının birgə təşkilatçılğı ilə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Xocalı soyqırımı XX əsrin faciəsidir" mövzusunda videokonfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin təşəbbüsü ilə keçirilən tədbirdə pedaqoji elmlər namizədi, dosent Lyudmila İvanenko, hüquqşünas, kilsə tarixçisi Vladimir Omelçuk, Xocalı sakini Murad Hüseynov, Ukraynanın Azərbaycan Konqresinin İdarə Heyətinin sədri, I Qarabağ müharibəsi qazisi Yuri Osadçenko, Ukrayna Azərbaycanlıları Gənclər Radasının sədr müavini Möminə Səttarova iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbir M.Səttarovanın moderatorluğu ilə aparılıb. Moderator 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalının dinc sakinlərinə qarşı kütləvi qırğın törətdikləri barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciə erməni faşistlərinin və havadarlarının xalqımıza qarşı apardığı 200 illik etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir.

Xocalı sakini Murad Hüseynov həmin dəhşətli gecə ailə üzvləri də daxil olmaqla 49 nəfər yaxın qohumunun şəhid olduğundan, Azərbaycanın Milli Qəhrəmanı olan atası Tofiq Hüseynovun doğulduğu şəhəri və mülki əhalini erməni faşistlərindən qorumaq naminə göstərdiyi şücaətdən danışıb. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində fəaliyyət göstərdiyini nəzərə çatdıran M.Hüseynov dünya birliyini və beynəlxalq təşkilatları bu çağırışa biganə qalmamağa səsləyib. O, 44 günlük Vətən müharibəsi zamanı əldə olunan parlaq Qələbə münasibətilə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan ordusunun hər bir əsgər və zabitinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən L.İvanenko, V.Omelçuk və Y.Osadçenko xalqımızın kədərini bölüşdüklərini, şəhidlərin ailələrinə dərin hüznlə bassağlığı verdiklərini bildiriblər. Xocalı faciəsini dünya tarixinə düşmüş ən dəhşətli hadisə adlandıran ukraynalı natiqlər bu cinayətin beynəlxalq səviyyədə soyqırım aktı kimi tanınmasının, onu törədən qəddar canilərin cəzalandırılmasının zəruriliyini vurğulayıblar.

"Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk faciə deyil. Hələ XX əsrin əvvəllərində, 1905-ci ildə ermənilər Azərbaycanın ayrı-ayrı bölgələrində daha dəhşətli qırğınlar törədiblər. Bu onu göstərir ki, erməni cinayətkarları əsrlər boyu bizimlə düşmənçilik aparıblar", - deyə Qarabağ qazisi Osadçenko əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar