Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalı deputatlar prezidenti Rusiya ilə əlaqələri kəsməyə çağırıblar

Ukraynada hakim “Xalqın xidmətçisi” partiyasından olan Ali Radanın bir qrup deputatı prezident Vladimir Zelenskini Rusiya ilə diplomatik münasibətləri kəsməyə çağırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bəyanat layihəsi “Facebook”da millət vəkili Boqdan Yaremenko tərəfindən yayımlanıb.

“Biz sülhsevər insanlarıq. Ancaq təəssüf ki, qonşular sülh istəyənlərə deyil, müharibəyə hazır olanlara qarşı hücum edirlər”, - deyə deputat yazıb.

Müraciətdə Rusiya rəsmilərinə və KİV-nə qarşı ittihamlar yer alıb.

Zelenskidən Rusiya ilə diplomatik əlaqələri pozması, Amerika və Britaniya hərbi kontingentini Ukraynaya dəvət etməsi tələb olunur. Bundan başqa, NATO-ya ölkədə gəmi əleyhinə, zenit və raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi təklif edilir.

Millət vəkilləri, həmçinin istəyirlər ki, prezident Ukrayna Silahlı Qüvvələrində ehtiyatda olanları çağırıb səfərbərliyə başlasın.

“Strana.ua” saytının verdiyi məlumata görə, Yaremenkonun təşəbbüsü “Xalqın xidmətçisi” partiyasının rəhbərliyi ilə razılaşdırılmayıb – təklif yalnız bir neçə deputat tərəfindən dəstəklənib.

“Yaremenkonun açıqlaması fraksiya və ya partiyanın mövqeyi deyil, ayrı-ayrı deputatların mövqeyidir”, - fraksiya rəhbərinin müavini Yevgeni Kravçuk sənədi şərh edərkən belə deyib.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar