Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynadan 77 min dollarlıq kartof idxal olunub

Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynadan ümumi dəyəri 77 min ABŞ dolları olan 300 ton kartof idxal edib

Ukrayna mətbuatı yazır ki, bu, ölkənin kartof ixracının 14,9%-i qədərdir. Bununla da, Azərbaycan Ukraynadan kartof idxal edən ikinci ölkə olub.

Ümumilikdə, bu ilin ilk rübündə Ukrayna ümumi dəyəri 519 min dollar olan 1,9 min ton kartofun ixracını həyata keçirib. Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır. Ötən ilin yanvar-mart aylarında Ukrayna ümumi dəyəri 10,3 mln dollar təşkil edən 5,9 min ton kartof ixrac edib.

Bu müddət ərzində Ukraynanın kartof ixrac etdiyi əsas ölkə Moldova olub. Bu ilin ilk 3 ayında bu ölkəyə ümumi dəyəri 434 min dollar olan 1,6 min ton kartof ixrac edilib. Bu da ümumi kartof ixracının 83,7%-nə bərabərdir.

Bu müddət ərzində Gürcüstana ümumi dəyəri 2 min dollar olan 0,07 min ton kartof göndərilib ki, bu da ümumi ixracın 0,4%-nə bərabərdir.

Hesabata əsasən, bu ilin yanvar-mart ayları ərzində isə Ukraynaya ümumi dəyəri 1,7 mln. dollar olan 4,3 min həcmdə kartof idxal edilib. İdxalın böyük hissəsi Hollandiyadan həyata keçirilib. Bu ilin ilk rübündə bu ölkədən ümumi dəyəri 572 min dollar olan 1,4 min ton həcmində kartof idxal edilib ki, bu da ümumi idxalın 32,3%-ni təşkil edib. Sonrakı yerləri Belarus (341 min dollar dəyərində 0,8 min ton), Misir (192 min dollar dəyərində 0,5 min ton həcmində) tutublar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar