Seçkilər iyulun 21-də keçiriləcək
Ukraynada parlament seçkilərinin iyulun 21-də keçirilməsi rəsmən təsdiqlənib
Ukrayna prezidenti Vladimir Zelenskinin Ali Radanı buraxmaq və növbədənkənar parlament seçkilərini iyulun 21-ə təyin etməklə bağlı sərəncamı rəsmən qüvvəyə minib. Sərəncam hökumətin “Uryadoviy kuryer” qəzetində dərc olunub.
Sənədə əsasən, Nazirlər Kabinetinə növbədənkənar seçkilərin keçirilməsinin maliyyə təminatını həyata keçirmək tapşırıb. Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.(ONA)
pia.az