Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada oliqarxların hakimiyyət savaşı - Poroşenko, yoxsa Kolomoyski?...

Politoloq: “Hələ heç nə həll olunmayıb. Çünki Poroşenko təcrübəli siyasətçidir”

“Ukraynada oliqarx rejiminin çökməsi mümkün görünmür. Əgər Zelenski prezident seçilsə, yenə də oliqarx rejimi ilə bacara bilməyəcək”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynada keçirilən prezident seçkilərinini birinci mərhələsini PİA.az-a şərh edərkən qeyd edib.

Ukraynada dünən prezident seçkilərinin birinci mərhələsi keçirildi. Ümumilikdə, seçki bülleteninə 39 namizədin adı salınıb, lakin onlardan yalnız 3 namizədin qələbə qazanmağa real şansları olduğunu zənn edilirdi. Bunlar komediyaçı Vladimir Zelenski, hazrkı prezident Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenko idi.

Ukraynanın 3 yerli təşkilatının apardığı “exit-poll”un nəticələrinə görə, 30,4 faiz Vladimir Zelenski, 17,8 faiz Petro Poroşenko, 14,2 faiz Yuliya Timoşenko, 9,8 faiz Yuri Boyko, 7,1 faiz isə Anatoli Qriçenko seçicilərin səsini toplayıb.

Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası yekun nəticələri 10 gündən gec olmayaraq açıqlamalıdır. Əgər hər hansı namizəd səslərin 50 faizindən çoxunu qazana bilməsə, ölkədə prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Hazırda Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində toplanan səslərin 60%-dən çoxunu hesablayıb. Ukraynanın Mərkəzi Seçki Komissiyasının yaydığı ən son məlumatlarda şoumen Vladimir Zelenski seçicilərin 30,36%-ni qazanır. İkinci yerdə olan hazırkı ptrezident Pyotr Poroşenkoya isə seçicilərin 16,40%-i etimad göstərir. Yiliya Timoşenko 13,08% səslə üçüncü yerdə qərarlaşıb. Seçkinin ən sürpriz ismi isə Rusiyapərəst Yuri Boyko olub. Moskvanın adamı olaraq bilnən Yuri Boyko 11,58% səslə dördüncü yerdədir.

Qeyd edək ki, səslərin hesablanmasını “112 Ukrayna” “YouTube” kanalın canlı yayımlayır.

Nəticələrə baxarsaq, Zelenski faktoru Ukraynada yeni dönəmin başlandığını göstərməkdədir. Zelenskinin seçkiləri qazanacağı təqdirdə, Ukraynada hansı dəyişikliklərin şahidi ola bilərik? Xüsusən Ukraynada oliqarx rejiminin çökməsi mümkün görünürmü, yoxsa Zelenskinin qələbəsi sadəcə oliqarx Poroşenkonun oliqarx Kolomoyski ilə əvəzlənməsi anlamına gələcək?

Xatırladaq ki, Vladimir Zelenski Ukraynanın yəhudu mənşəli oliqarx milyarderi, hazırda xaricdə yaşayan İqor Kolomoyskinin namizədi olaraq seçkilərə qatılıb. Seçkilərdən həməm sonra nəticələri şərh edən prezident Pyotr Poroşenko Zelenkini Kolomoyskinin marioneti adlandırıb: “Tale elə gətirdi ki, mən marionetka ilə üz-üzə qaldım”, deyə Poroşenko seçkiləri şərh edib.

Qeyd edək ki, İqor Kolomoyski 2014-cü ildə Dnepropetrovsk vilayətinə rəhbərlik edib və Rusiyanın işğalına qarşı Ukraynanaın müdafizəsini təşkil edən əsas fiqurlardan biri olub. Poroşenko hakimiyyətə gəldikdən sonra isə iki oliqarx siyasətçinin arasında yaranan toqquşma nəticəsində Kolomoyski Ukraynanaı tərk etçəyə məcbur olub.

Ukraynada dünən keçirilən seçki ilə bağlı PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna müraciət edib.

Elxan Şahinoğlu: “Poroşenko ikinci turda administrativ resurslardan istifadə edə bilər”.

Ukrayna insanlarının siyasətdən və siyasətçilərdən yorulduqlarını düşünən politoloq Elxan Şahinoğlu PİA.az-a açıqlamasında əlavə edib ki, buna görə insanlar artistə səs verirlər. Amma komediya artisinin siyasi təcrübəsi yoxdur. Politoloq bildirib ki, Zelenski Poroşenkonu debatlara çağıracaq. Bu debatlarda biz Zelenskinin gücünü, iqtisadi-siyasi məsələlərə baxışlarını görəcəyik:

“21 Apreldə Ukraynada prezident seçkilərinin ikinci turu olacaq. Seçkilərlə bağlı birinci turun proqnozlar özünü doğrultdu və Zelenski böyük səs çoxluğu qazandı. Amma hələ heç nə həll olunmayıb. Çünki Poroşenko təcrübəli siyasətçidir. Bildiyimiz kimi Poroşenko da ikinci tura keçdi. Poroşenko ikinci turda administrativ resurslardan istifadə edə bilər.

Xatırladım ki, Gürcüstanda da eyni hadisələr baş vermişdi. Prezident seçkilərində Qriqol Vaşadze birinci turdan sonra Salome Zurabaşvilini xeyli üstələdi. Amma ikinci turda Zurabaşvili seçildi.

Belə görünür ki, insanlar siyasətdən və siyasətçilərdən bir az yorulublar. Buna görə artistə səs verirlər. Amma komediya artisinin siyasi təcrübəsi yoxdur. Zelenski Poroşenkonu debatlara çağıracaq. Bu debatlarda biz Zelenskinin gücünü, iqtisadi-siyasi məsələlərə baxışlarını görəcəyik.

Elxan Şahinoğlu: “Oliqarxlar Ukraynanı tərk etsələr də, kənardan ölkənin siyasi və iqtisadi proseslərinə çox ciddi təsir edirdilər”.

Onu da qeyd edim ki, Zelenskinin ikinci turda prezident seçilmək şansı çoxdur. Amma nəzərə alınmalıdır ki, oktyabr ayında Ukraynada parlament seçkiləri də olacaq. Ukraynada da indi əsas alətlərdən biri məhz parlamentdir. Zelenskinin özünün parlamentdə fraksiyasi yoxdur. Bu da ona gələcəkdə ciddi çətinliklər yaradacaq.

Ukraynada oliqarx rejiminin çökməsi mümkün görünmür. Əgər Zelenski prezident seçilsə, yenə də oliqarx rejimi ilə bacara bilməyəcək. Poroşenko Ukraynada oliqarx rejiminki zəiflətmək istədi və az da olsa, buna nail ola bildi. Kolomoyski və bir neçə oliqarxlar ölkəni tərk etdi. Amma oliqarxlar ölkəni tərk etsələr də, kənardan ölkənin siyasi və iqtisadi proseslərinə çox ciddi təsir edirdilər.

Çox təəssüf ki, oliqarx sistemi Ukraynada çox dərin kök salıb. Bir daha qeyd edim ki, Zelenski bu problemi həll edə bilməyəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar