Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada müharibə uzanır... - Zelenskinin iddia etdiyi kimi, Putinlə görüşsə, müharibə dayanarmı?

Noyabr ayında G-20 toplantısında Putin və Zelinski eyni salonda ola bilərlər. Lakin Putinin İndoneziyada keçiriləcək olan G20 toplantısında iştirak edib-etməyəcəyi hələ bəlli deyil...

Politoloq: “Hazırkı vəziyyət onu göstərir ki, Rusiya bu tezliklə diplomatik yolla Ukrayna cəbhəsində vəziyyəti düzəldə bilməyəcək. Eyni zamanda qeyd olunduğu kimi, Putin-Zelinski arasında görüşün keçirilməsi də mümkün deyil”.

Rusiyanın dünyadan təcridetmə siyasəti davam etdirilsə də, mən hesab eləmirəm ki, Moskva ilə tam olaraq bütün diplomatik əlaqələr kəsilsin. Çünki bu müharibənin Rusiyanın tam məğlubiyyəti ilə bitirmək anlamına gəlir. Mən isə düşünürəm ki, müharibə gələn ilin əvvəllərində diplomatik yolla bitəcək”.

Bu sözləri politoloq Turan Rzayev G-20 sammitində Putin-Zelenski görüşünün ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi G-20-nin növbəti toplantısı 15-16 noyabr 2022 tarixində İndoneziyada keçiriləcək. Ukrayna prezidentinin Zelenski toplantıya qonaq kimi dəvət edilib. Tədbirdə Rusiya prezidenti Putinin də G-20 üzvü kimi iştirakı nəzərdə tutulur. 30 iyunda da İndoneziya prezidenti Moskvada Putinlə görüşüb və daha əvvəl Kiyevdə görüşdüyü Zelenskinin məktubunu Rusiya prezidentinə verdiyini açıqlayıb. Putinin isə noyabr ayında G20 toplantısında iştirak edib-etməyəcəyi bəlli deyil. Çünki Qərb dövlətləri Putinlə eyni toplantıda olmaq istəmədiklərini açıqlayıblar.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Vlodimir Zelenski dəfələrə bəyan edib ki, müharibəni ancaq onun Putinlə görüşü dayandıra bilər. O, hər an Rusiya prezidenti ilə görüşməyə hazır olduğunu vurğulayıb. Kremlin Zelenskiyə cavabda isə bildirilib ki, görüşün proqramı dəqiqləşdirilmədən belə bir sammitə ehtiyac duymurlar.

Xatırladaq ki, Türkiyə müharibə başlayandan sonra, dəfələrlə Putinlə Zelenskinin görüçünü təşkil etməyə cəhd edib və bu cəhdini hələ də davam etdirir. İndi isə noyabr ayında Zelenski və Putinin eyni toplantı salonunda olma ehtimalı ortaya çıxıb.

Hazırda Rusiyanın mövcud diplomatik vəziyyətini necə dəyərləndirmək olar və Rusiya yaxın zamanda diplomatik təcriddən çıxa biləcəkmi? Ümumiyyətlə noyabra qədər Rusiya və Ukrayna arasında hərbi, siyasi və iqtisadi müstəvidə görüş üçün münasib şərtlər yarana bilər?

Rusiya-Ukrayna müharibəsinin diplomatik cəbhəsini PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Mümkündür ki, Putin bu görüşə getməsin. Çünki ən azından Qərb ölkələrinin liderləri də Putinlə eyni salonda olmaq istəmirlər və bunu açıqca dilə gətiriblər”.

Rusiyanın Ukraynada müharibəni qışa qədər uzatmaqla Avropaya qarşı təzyiq riçarqlarından daha səmərəli istifadə etməyi düşündüyünü vurğulayan politoloq PİA.az-a bildirib ki, buna görə hal-hazırda tərəflərin danışıqlar masasına getməsi ehtimalı zəifdir. Xüsusən də Ukrayna Rusiyanın şərtləri ilə deyil, öz şərtləri ilə masaya oturmaq istəyirlər:

“Hazırkı vəziyyət onu göstərir ki, Rusiya bu tezliklə diplomatik yolla Ukrayna cəbhəsində vəziyyəti düzəldə bilməyəcək. Eyni zamanda qeyd olunduğu kimi, Putin-Zelinski arasında görüşün keçirilməsi də mümkün deyil. Təbii ki, G-20 çərçivəsində tərəflərin görüşmək ehtimalları var. Amma mümkündür ki, Putin bu görüşə getməsin. Çünki ən azından Qərb ölkələrinin liderləri də Putinlə eyni salonda olmaq istəmirlər və bunu açıqca dilə gətiriblər.

Qərb ölkələri hətta İndoneziya prezidentinə açıq şəkildə təzyiq ediblər ki, Putini bu toplantıya dəvət etməsin. Lakin protokola görə bu mümkün deyil. Ona görə də Putinin necə qərar verəcəyi də bəlli deyil. Lakin ola bilsin ki, Rusiya prezidenti G-20 toplantısına qatılsın və orda Çin, Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələrin liderləri ilə görüşüb, Qərb liderlərinə gövdə göstərsin. Yəqin ki, bu məsələdə hər şey Kremlin diplomatik kanallarla əldə edəcəyi razılaşmalardan asılı olacaq.

İndiki məqamda Putin bütün prosesləri öz xeyrinə yönəltməyə çalışır. Amma Rusiyanın Çin liderinin Moskvaya gələrək Putinlə görüşmə təklifini də diqqətə alarsaq, Rusiya lideri İndoneziyaya getməyə də bilər. Üstəlik onun son qatıldığı görüşlərdə özünü liderlərdən kənarda tutması da bu ehtimalı gücləndirir.

Turan Rzayev: “Ola bilsin ki, Rusiya prezidenti G-20 toplantısına qatılsın və orda Çin, Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələrin liderləri ilə görüşüb, Qərb liderlərinə gövdə göstərsin”.

Müharibənin uzanması və qış ayının qarşıdan gəlməsi Avropa ölkələrini ciddi enerji böhranı ilə üz-üzə qoyur. Alternativ yollar hələ ki, tam tamamlanmayıb və Rusiya qazından asılılıq qalmaqdadır. Hesab edirəm ki, Rusiya müharibəni qışa qədər uzatmaqla Avropaya qarşı təzyiq riçarqlarından istifadə etməyi düşünür. Buna görə də hal-hazırda tərəflərin danışıqlar masasına getməsi ehtimalı zəifdir. Xüsusən də Ukrayna Rusiyanın şərtləri ilə deyil, öz şərtləri ilə masaya oturmaq istəyirlər və bunu Zelenski artıq bir neçə dəfə dilə gətirib.

Rusiyanın diplomatik vəziyyəti olduqca acınacaqlıdır. Xüsusilə Rusiyanın beynəlxalq hüququ heçə sayması, Ukrayna ərazilərini işğal etməsi, hətta ilhaq etməsi özü-özlüyündə Rusiyanın imicini darmadağın edib. Artıq bütün dünyanın gözündə Rusiya problemləri müharibə dili ilə çözməyə çalışan ölkədir və Rusiyanın süveren Ukraynaya hücum etməsi üçün heç bir halda əsas və zəmin yox idi. Rusiyanın irəli sürdüyü zəminlər isə əsassızdır. Buna baxmayaraq Rusiyanın enerji münasibətləri olan dövlətlər də var. Daha doğrusu bunlar zəruri münasibətləridir. Burada Qazaxıstandan söhbət gedir. Bunları nəzərə alanda deyə bilərəm ki, Qərb heç də Rusiya ilə tam olaraq ipləri qırmaq niyyətində deyil.

İndiki məqamda Rusiya Ukraynanın şərqində nisbi uğura sahibdir, lakin Putinin özünü də Şoyqu ilə görüşündə etiraf etdiyi kimi, Rusiyanın bütün cəbhə boyu hücumu davam etdirməsi üçün ehtiyyat qüvvəsi yoxdur. Ukrayna müharibəsində proseslər hələ ki, Rusiyanın lehinə görünsə də, payıza doğru bu dəyişə bilər. Çünki Ukrayna Qərbdən aldığı dəstəklə vəziyyəti dəyişmək imkanı qazana biləcək.

Bütün bunlara baxmayaraq, Rusiyanın dünyadan təcridetmə siyasəti davam etdirilsə də, mən hesab eləmirəm ki, Moskva ilə tam olaraq bütün diplomatik əlaqələr kəsilsin. Çünki bu müharibənin Rusiyanın tam məğlubiyyəti ilə bitirmək anlamına gəlir. Düşünürəm ki, müharibə gələn ilin əvvəllərində diplomatik yolla bitəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar