Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada hərbi təyyarə qəzaya uğradı - 20 nəfər həlak oldu

Ukraynada təyyarə qəzası baş verib.

Bu barədə "Report" "Strana" nəşrinə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Xarkov əyalətində qeydə alınıb. Çuquev rayonunda yerli vaxtla saat 20:45-də "An-26" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralıların olduğu bildirilir.

Məlumata görə, Xarkov Hava Qüvvələri Universiteti kursantlarını daşıyan hərbi təyyarə eniş etmək istəyərkən Rostov magistral yolunun yaxınlığında qəzaya uğrayıb.

Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı təyyarədə 28 nəfər - 7 nəfər heyət üzvü, 21 nəfər kursant olub. Onlardan 20-i həlak olub. Qeyd edilir ki, hadisə zamanı daha 2 nəfər ağır xəsarət alıb.

Xarkov əyalətinin qubernatoru Aleksey Kuçer isə bildirib ki, hadisə zamanı 22 nəfər həlak olub.

Sabah Ukrayna Prezidenti Vladimir Zelenski hadisənin baş verdiyi yerə gedəcək. Dövlət başçısı sosial şəbəkədəki hesabında bildirib ki, faciənin başvermə şəraiti və səbəbini araşdırmaq üçün komissiya yaradılacaq. O, bununla bağlı Baş nazirə tapşırıq verib. "Hadisə yerində axtarış komandası işləyir. Sabah Xarkov əyalətində olacam", - dövlət başçısı "Telegram"dakı hesabında yazıb

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar