Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada beynəlxalq festivalda Azərbaycanın təqdimatı keçiriləcək

“Water Summer Activity 2019” festivalı çərçivəsində Azərbaycanın təqdimatı keçiriləcək

İyunun 15-i - Milli Qurtuluş Günü münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində “Water Summer Activity 2019” festivalı çərçivəsində Azərbaycanın təqdimatı keçiriləcək.

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, tədbirdə diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, Ali Radanın deputatları, ictimai xadimlər, yerli KİV-lərin nümayəndələri iştirak edəcəklər.

Təqdimat iyunun 15-16-da Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Xarici İşlər Nazirliyi və “SOCAR-Ukraine” şirkətinin birgə təşəbbüsü ilə baş tutacaq.

Tədbir çərçivəsində qonaqlar yaxta gəzintisindən istifadə edəcək, Azərbaycanın milli musiqisi və mətbəxi ilə tanış olacaqlar. İştirakçılara ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf strategiyası haqqında məlumat veriləcək, jurnal və kitabçalar paylanılacaq.

Sonra milli mətbəx nümunələrimiz olan plov, dolma, qutab təqdim ediləcək. Aşpazlar tərəfindən bu yeməklərin hazırlanmasına dair master-klass keçiriləcək.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar