Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna yəhudilərinə xəbərdarlıq edilib: köçürülməyə hazır olun

Ukraynada yaşayan yəhudilərə ölkədən köçürülməyə hazır olmaları barədə xəbərdarlıq edilib. Novator.az saytının məlumatına görə, bunu İsrailin “Yerusəlim Post” qəzeti yazıb.

Qəzet xəbərdarlığın yanvarın 26-da elan olunduğunu qeyd edib. Məlumata görə, xəbərdarlıqda bildirilib ki, Ukrayna yəhudiləri İsrailə təxliyə edilməyə hazır vəziyyətdə olsunlar.

Səbəb Rusiyanın Ukraynanı işğal etməsi təhlükəsinin artmasıdır.

Amma Ukraynada yəhudi icmasının liderlərindən olan Moşe Azman qəzetə açıqlamasında deyib ki, böyük narahatlığa əsas yoxdur: “Narahat olmaq lazım deyil, İsrail sadəcə fürsətdən yararlanıb Ukrayna yəhudilərinin İsrailə dönmələri üçün təbliğat aparır”.

Moşe Azman vurğulayıb ki, indiki halda məsələni Ukraynadakı yəhudi icmasında müzakirəyə çıxarmağı belə zəruri saymır.

Azmanın xanımı isə yəhudilərə qarşı təhlükə yaranarsa, həmişə qaçmağa hazır olduğunu söyləyib: “Mən 13-cü nəsil ukraynalıyam. Bütün ailəm Holokostdan sağ çıxıb, çünki onlar həmişə qaçmağa hazır olublar. Odur ki, mən də hər an buna hazıram”.

“Yerusəlim Post” yazır ki, Moşe Azman təxliyəyə zərurət görməsə də, əl-qolunu yanına salıb oturub gözləməklə də məşğul deyil. Onun oğlu Şmuel qəzetə deyib ki, atası Rusiyanın baş ravvini Berl Lazara Ukrayna ilə Rusiya arasında vasitəçilik etməsini təklif edib, ancaq rədd cavabı alıb.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.

2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.

2021-ci ilin dekabr ayının 17-də Rusiya ABŞ-dan və NATO-dan Ukraynanın NATO-ya qəbul edilməyəcəyi, keçmiş sovet respublikaları ərazisində hərbi bazalar yaradılmayacağı barədə rəsmi zəmanət istəyib. 2022-ci il yanvarın 10-13-də Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə aparılan danışıqlarda ABŞNATO bu tələbi rədd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar