Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna və Gürcüstan arasında “Saakaşvili bombası”

Sabiq gürcü prezidentə vəzifə təklifi Ermənistanda da qızğın müzakirəyə çevrilib...

Aram Amatuni

“1in.am”, Ermənistan, 26 aprel 2020-ci il

Baş nazir Georgi Qaxariya bəyan edib ki, əgər Ukrayna prezidenti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Baş nazirin müavini təyin edərsə, Gürcüstan Ukraynadakı öz səfirini, ən azı, məsləhətləşmələr üçün geri çağıracaq.

Gürcüstanın Baş naziri deyib ki, Saakaşvili ağır cinayətlərdə ittiham olunur və onun Ukraynada yüksək vəzifə tutması onlar üçün qəbuledilməzdir.

Zelenskinin Gürcüstanın sabiq prezidentinin Ukrayna Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqındakı təklifi yalnız Ukrayna üçün deyil, bu ölkənin Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramının üzvü olması və mühüm geopolitik oxda kilid yer tutması nəzərə alınarsa, bəlkə də, postsovet siyasi məkanı üçün də açar rolu oynayır. Saakaşvilinin Gürcüstanın prezidenti postunda olarkən oynadığı Qafqaz üçün həlledici olan siyasi rol da aydındır.

Bu planda, Saakaşviliyə edilən təklif bir neçə aspektdən maraqlıdır. Gürcüstanın hadisələrin belə inkişaf etməsini rəsmən qəbuledilməz elan etməsi isə heç də ondan az maraqlı deyildir.

Gürcüstan-Ukrayna qalmaqalı bütün postsovet-Şərqi Avropa oxu boyu öz izini qoyacaqdır. Saakaşviliyə edilən təklifin özünün artıq dərin inkişaf proseslərinin təsiri olduğunu nəzərə almasaq belə, bu, şübhəsizdir.

Eyni zamanda Azərbaycanın mövqeyi də maraqlı hesab edilməlidir. Bakı Xarici işlər nazirləri səviyyəsində telefon danışığı təşkil edib və Ukrayna XİN başçısı Məmmədyarovun Bakıya dəvətini qəbul edib.

Qeyd edək ki, Azərbaycan hələlil Zelenskinin prezident seçildikdən sonra ziyarət etdiyi ilk və yeganə ölkədir.

Beləliklə, Ermənistanın, necə deyərlər, ikiqat rol oynadığı Ukrayna və Şərqi Avropa oxu istiqamətində kifayət qədər diqqətçəkən hadisələrin inkişafı yetişməkdədir. İş ondadır ki, söhbət bizim də olduğumuz oxdan gedir və bəlkə də biz çoxsaylı oyunçuların olduğu yeni çoxqatlı oyuna hazırlaşmalıyıq.

Onu da nəzərə almaq lazımdır ki, Ukraynada inkişafda olan hadisələrin birbaşa mərkəzində bizim həmyerlimiz, bu ölkənin DİN başçısı, hazırda Ukraynanın nüfuzlu şəxslərindən biri olan Arsen Avakov durur. O, hələ ki, Poroşenko hökumətindən qalan və Zelenskinin hakim elitasında öz yerini qoruyub saxlayan yeganə şəxsdir.

Saakaşvili və Avakov arasında münaqişənin hələ birincinin Odessa vilayətinin başçısı olduğu zamandan mövcud olması bəllidir.

Eyni zamanda hadisələrin inkişafı AB-nin Şərq tərəfdaşlığı tərəfindən Şərq tərəfdaşlığı ölkələri və AB üçün vahid iqtisadi məkanın yaradılması təklifinin edilməsi nöqteyi-nəzərindən də maraqlıdır.(Tərcümə Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar