Bazar, 22 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ukrayna gərginliyində ilk gülləni kim atsa, məğlub da o olacaq!

Son günlərin ən çox müzakirə edilən mövzusu heç şübhəsiz ki, Ukrayna ətrafında baş verən gərginlikdir. Rusiyanın Ukrayna sərhədində hərbi texnika və canlı qüvvə sayını artırması, Qərbin və ABŞ-ın rəsmi Kiyevə silah-sursat və iqtisadi yardım etməsi tərəflər arasında gərginliyin hələ davam edəcəyini göstərir. Son günlər Qərb ölkələrinin Ukraynadakı diplaomatlarını geri çağırması isə müharibə ehtimallarını gücləndirir. Hərkəsi maraqlandıran konkret sual isə birdir:

Ukraynada müharibə olacaqmı?

Hesab edirəm bu suala cavab vermək üçün tərəfləri ayrı-ayrılıqda analiz etmək və kimin nə istədiyini anlamaq lazımdır.

Rusiya- Kremlin indiki halda Ukrayna ilə, dolayı yolla da ona dəstək verən Qərb və ABŞ-la müharibə edəcəyini düşünmürəm. Düzdür, Rusiya dünyanın həm say tərkibinə, həm də hərbi texniki imkanlarına görə ən güclü ordularından birinə sahibdir. Digər tərəfdən, rəsmi Kremlin 10 mindən artıq nüvə başlığının olduğunu da unutmamaq lazımdır. Lakin bütün bunlara baxmayaraq danılmaz bir reallıq var ki, Rusiya iqtisadiyyatı indiki məqamda nəinki uzunmüddətli bir müharibəyə heç qısa müddətli müharibəyə də hazır deyil.

Pandemiya və Qərbin iqtisadi sanksiyaları ilə iqtisadiyyatı zəifləyən rəsmi Kreml anlayır ki, Ukrayna ilə və ya onu dəstəkləyən Qərb və ABŞ ilə ehtimal müharibə Rusiya üçün ikinci SSRİ parçalanmasına səbəb ola bilər. Məntiqlə yanaşsaq, SSRİ də bənzər formada parçalanmışdı. ABŞ və Qərbin sanksiyaları, ifrat dərəcə silahlanma SSRİ iqtisadiyyatını sonda çökdürdü. Əfqanıstana müdaxilə isə bu çöküşü süqutla nəticələndirdi. Kreml anlayır ki, Vaşinqton Rusiyanı da bənzər formada öncə çökdürmək, daha sonra isə parçalamaq niyyətindədir.

Bəs Kreml nə istəyir?

Rusiya indiki məqamda NATO-nun sərhədlərinə bu qədər yaxınlaşmasını istəmir. Rəsmi Moskva vaxilə SSRİ ilə ABŞ arasında mövcud olan nüfuz bölgüsünün yenidən təsis olmasını istəyir. Yəni sən mənim ərazilərimə müdaxilə etmə, mən də sənin! Lakin reallıq ondan ibarətdir ki, Rusiya hər nə qədər mən SSRİ-nin varisiyəm desə də bu belə deyil. O nə SSRİ-dir, nə də ABŞ-la nüfuz bölgüsü aparacaq potensiala malik ölkə deyil.

Rusiya nə edə bilər?

Hesab edirəm indiki məqamda Rusiya Ukrayna sərhədində hərbi mövcudluğunu artıracaq. Bununla da Qərbə və ABŞ-a öz qərarlı mövqeyini gəstərəcək. Rusiyanın Ukraynaya müdaxilə edəcəyini və ya lokal müharibəyə başlayacağını düşünmürəm. Lakin mövcud vəziyyətlə də barışmayacaq. Ehtimal ki, Kreml yenidən “Novaya Rasiya” planını işə salacaq və Ukrayna daxilində yeni separatçı hərəkat başladacaq. Bu yolla o, Qərblə arasında yeni tanpon ölkə təsis edə bilər. Nəticə etibarilə düşünmürəm ki, indiki halda Kremlin istəyi Ukraynanı işğal etməkdir.

ABŞ və Qərb – Ukrayna gərginliyində rəsmi Vaşinqton hələlik Kiyevə iqtisadi, silah-sursat və hərbi dəstək nümayiş etdirir. Lakin ABŞ-ın Rusiya ilə Ukraynaya görə müharibə etməsi real deyil. Rəsmi Vaşinqton tarix boyu heç bir regional və ya qlobal müharibəyə tək və ilk andan qatılmayıb. ABŞABŞ edən başlıca cəhət qələbəyə yaxın bir zamanda müharibəyə qoşulması və “qəhrəman” olmasıdır.

Rəsmi Vaşinqton anlayır ki, Rusiya ilə başa-baş müharibə ən az Rusiya qədər onun üçün də risklidir. Müqayisə üçün deyə bilərəm ki, ABŞ və Qərblə birbaşa müharibə Rusiyanın SSRİ kimi parçalanmasına gətirib çıxara bilər. Rusiya ilə müharibə isə ABŞ-ı parçalamayacaq. Lakin kifayət qədər zəiflədəcək və rəsmi Vaşinqtonun əsas rəqibi olan Çinin güclənməsinə gətirib çıxaracaq. Rəsmi Vaşinqton üçün Çinin günü-gündən güclənməsi Kremlin Ukraynaya müdaxiləsindən daha vacibdir. Nəticə etibarilə Çin ilə rəqabət fonunda ABŞ-ın Ukraynada bu və ya başqa formada boş bir macəraya atılacağını düşünmürəm.

Ukrayna- heç şübhəsiz ki, mövcud gərginliyin ən haqlı tərəfidir Ukraynadır. Rəsmi Kiyev ərazi bütövlüyünü bərpa etmək istəyir. Buna görə də hazırda Ukraynanın mövqeyini anlamaq olar. Lakin Ukrayna da son günlər ciddi səhvlər edir. Rəsmi Kiyev açıq-aşkar Qərbin verdiyi vədlərin eyforiyasına qapılıb. Misal üçün yaxın vaxtlarda ABŞ Ukraynaya “Javelin” tank əleyhinə raket komplekslərinin daha bir partiyasını təhvil verdi. NATO müttəfiqlərinin Şərqi Avropadakı NATO obyektlərinə əlavə gəmilər və döyüş təyyarələri göndərməsi ABŞ-ın Yunanıstan, Bolqarıstan, Rumıniya, hətta Maldovada hərbi kontingetinin sayını artırması da və s. faktlar görünür Kiyevi həvəsləndirib. Düzdür, Qərbin və Avropanın hərbi dəstəyi və yardımı Ukraynanı Rusiya qarşısında gücləndirir, lakin bu kifayət deyil.

Rusiya ilə ehtimal müharibədə Qərb və ABŞ Ukraynaya birbaşa hərbi yardım etməyəcək. Ukrayna isə Kremllə təkbaşına mübarizə apara bilməz. Rəsmi Kiyevin Kreml qarşısında qələbə qazanması mümkün deyil. Ukrayna qələbə qazansa da bu “pir” qələbəsindən başqa birşey olmayacaq. Məsələ ondadır ki, Birinci və İkinci Dünya müharibəsi zamanı Ukrayna xalqı demoqrafik olaraq ən çox zərər çəkən xalq olub. Bu gün belə bu ölkədə qadın-kişi nisbəti qeyri-bərabrədir. Yəni İkinci Dünya müharibəsindən bu günə qədər bərpa oluna bilməyən qadın-kişi nisbəti yeni bir müharibə ilə tamamilə alt-üst olacaq. Digər tərəfdən, lap Qərb Ukraynaya dəstək olsa belə bu zamanda Ukraynanın ərazisi böyük güclərin müharibə meydanına çevriləcək.

Nəticə etibarilə indiki məqamda Ukraynada bu və ya başqa formada qlobal bir müharibənin olacağını düşünmürəm lakin bu baş versə də məğlub tərəf ilk addımı atan olacaq!

Turan Rzayev - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Deputat: “Sizcə, mənim oğlum, ya qızım müxalifətçi ola bilərmi?”

Avropanın “sanksiya fırıldağı”: Almaniya və İtaliya Rusiyadan qaz almaq üçün rublla hesablar açmağa icazə verdi

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdama səfəri başlayıb - Yenilənib

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib - Yenilənib

Gənclər və İdman Nazirliyində qanunsuzluqlar aşkarlandı

Səlim Müslümov müalicə müəssisəsinə köçürüldü

Ölkəni bürüyən “Poz Qazan” fırtınası... - Küçə qumarı dövlət səviyyəsində niyə kimlərinsə monopoliyasına verilir?

Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq? — Səfər Mehdiyev sahibkarları Prezidentə qarşı çevirir - Video

Ən çox oxunanalar