Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna DİN: "Rusiyanın törətdiyi əməllərlə bağlı 20 minə yaxın cinayət işi açılıb"

“Biz Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətləri sənədləşdiririk. Artıq müxtəlif faktlar, o cümlədən cinsi zorakılıqla bağlı 20 minə yaxın cinayət işi açılıb”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Zaporojyeyə səfəri zamanı Ukrayna daxili işlər nazirinin müavini Katerina Pavliçenko deyib.

“Bu gün hüquq-mühafizə orqanları Rusiyanın Ukrayna ərazisində törətdiyi bütün cinayətlərin sənədləşdirilməsi üzərində iş aparır. Artıq ölkə ərazisində 20 minə yaxın cinayət işi açılıb. Söhbət mülki şəxslərə və infrastruktura qarşı cinayətlərdən gedir. Zaporejye vilayətində isə 3000-dən çox belə cinayət halı qeydə alınıb”, - o bildirib.

K.Pavliçenko söyləyib ki, müharibə cinayətlərinin araşdırılması üçün Ukraynanın hüquq-mühafizə orqanları səfərbər olunub.

O, bütün materialların Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərin sübutu kimi beynəlxalq tribunala təqdim olunacağını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar