Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna böhranı: Rusiya Türkiyə ilə hava əlaqəsini dayandırır - Bu xəbərdarlıqdır, yoxsa qırılma nöqtəsi?..

Bir çox geostrateji regionlarda üz-üzə gələn, eyni zamanda dil tapmağa çalışan Rusiya və Türkiyənin yaxın gələcəkdə Qara dənizdə toqquşma ehtimalı varmı?..

Politoloq: “Türkiyənin Rusiya ilə uçuşları ay yarımlıq ləğv etməsi bilavasitə Ukrayna prezidenti Zelenskinin Türkiyə səfəri ilə bağlıdır”.

Rusiya qısa müddətdən sonra Türkiyə ilə münasibləri isti məcraya daşımaqda maraqlı olacaq. Çünki Rusiyanın küncə sıxışdırıldığı bir vəziyyətdə Türkiyə ilə münasibləri korlamaq Rusiyanın xeyrinə olan məsələ deyil”.

Bu sözləri politoloq Natiq Miri Türkiyə və Rusiya arasında yaşanan son hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya Türkiyə ilə hava əlaqəsini 1,5 aylıq dayandırmağa qərar verib. Rusiyanın hava əlaqəsini dayandırmasına səbəb kimi Türkiyədə koronavirusa yoluxma halının artması göstərilib. Bildirilib ki, ilk növbədə Rusiya ilə Türkiyə arasında çarter reysləri dayandırılır .

Operativ Qərargah da Rusiyanın sərnişin aviaşirkətlərinə Türkiyənin bütün aeroportlarına uçuş həyata keçirməyi 1,5 aylıq, aprelin 15-dən iyunun1-nə kimi dayandırmaqla bağlı xəbərdarlıq edib.

Hazırda Türkiyədə olan rusiyalı turistlərin təxliyəsinin olmayacağı, onların planlı şəkildə ölkəyə geri gətiriləcəyi qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Türkiyə ilə müntəzəm uçuşları dayandırması diqqət mərkəzindədir. Bəzi analitiklər hesab edirlər ki, Ukrayna Prezidenti Zelenskinin Türkiyəyə səfərindən sonra bu Moskvanın Ankaraya açıq xəbərdarlığıdır.

Hazırda Qara dəniz hövzəsində baş verən geosiyasi gərginlik fonunda Rusiya-Türkiyə münasibətlərini necə şərh etmək olar? Bir çox geostrateji regionlarda üz-üzə gələn, eyni zamanda dil tapmağa çalışan Rusiya və Türkiyənin yaxın gələcəkdə toqquşması ehtimalı varmı?

Rusiya və Türkiyənin son münasiblərini PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Türkiyə regionda, xüsusilə Qara dənizdə Ukrayna-Rusiya, yaxud da Rusiya-Qərb qarşıdurmasının əleyhinədir”.

Əgər Türkiyə ilə münasibətlər korlansa, bunun ABŞNATO-nun mövqeyini gücləndirəcəyini Rusiyanın da anladığını bildirən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, məhz bu baxımdan Rusiya bütün məsələləri nəzərə alaraq Türkiyə ilə münasibləri korlamayacaq:

“Əlbəttə ki, Türkiyənin Rusiya ilə uçuşları ay yarımlıq ləğv etməsi bilavasitə Ukrayna prezidenti Zelenskinin Türkiyə səfəri ilə bağlıdır. Bildiyimiz kimi Türkiyə prezidenti Zelenski ilə görüşdən sonra mətbuat konfransında birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan etdi. Ayrıca Krımı Rusiyanın deyil Ukraynanın ərazisi kimi tanıdığını və bu münasibin dəyişməyəcəyini bəyan etdi.

Əlbəttə, bunların hamısı Rusiya üçün qıcıqlandırıcı məsələlərdir. İki ölkə arasında təyyarə məsələsinin qısa müddətdə ləğvi məsələsinin Zelenskinin Türkiyə səfəri ilə bağlı olmasının sübutu var. Bildiyimiz kimi Putinin bu qərarından bir həftə öncə Liberal Demokratların lideri Jirinovskinin açıqlaması oldu. Açıqlamada Jirnovski Türkiyə ilə təyyarə reyslərinin ləğv edilməsindən danışdı. Doğrudur o bunu yoxluma, pandemiya ilə əlaqələndirir. Amma düşünürəm ki, siyasətdə bu cür təsadüflər olmur.

Adətən Kremlin fikirlərini öncədən məhz Jirnovskinin dili ilə beynəlxalq ictimaiyyətə çatdırırlar. Bu rəy beynəlxalq ictima zəmin yaradandan sonra bu yöndə qərarlar verilir. Amma heç kimə sirr deyil ki, bu qərar bilavasitə Türkiyənin Ukraynaya münasibəti ilə əlaqəlidir.

Natiq Miri: “Putinin bu qərarından bir həftə öncə Liberal Demokratların lideri Jirinovskinin açıqlaması oldu. Açıqlamada Jirnovski Türkiyə ilə təyyarə reyslərinin ləğv edilməsindən danışdı”.

Qeyd edim ki, Rusiya bir məsələni unutmamalıdır. Həmin mətbuat konfransında Türkiyə lideri bildirdi ki, Türkiyə Qara dəniz ekvatoriyasında sülh və əməkdaşlıqdan yana bir siyasət yürüdür. Bu da dolayısı ilə o deməkdir ki, Türkiyə regionda, xüsusilə Qara dənizdə Ukrayna-Rusiya, yaxud da Rusiya-Qərb qarşıdurmasının əleyhinədir. Çünki belə bir qarşıdurmanın başlaması Türkiyəni də müharibənin içinə qədər apara bilər. İndiki vəziyyətdə, xüsusilə Suriyanın Şimalında hələ də Türkiyə üçün bəzi təhlükələr qaldığı sürəcdə Türkiyə ikinci belə bir hadisənin yaşanmasını qətiyyən istəməz.

Buna görə də düşünürəm ki, Rusiya qısa müddətdən sonra Türkiyə ilə münasibləri isti məcraya daşımaqda maraqlı olacaq. Çünki Rusiyanın küncə sıxışdırıldığı bir vəziyyətdə Türkiyə ilə münasibləri korlamaq Rusiyanın xeyrinə olan məsələ deyil. Əgər iki ölkə arasında münasiblər korlanarsa, Rusiyanın itirə biləcəyi çox məsələlər var. Xüsusən Ukrayna böhranı fonunda Qara dənizdə ABŞNATO hərbi gəmilərinin “at oynatması” Rusiya ciddi təhlükədir. Bu baxımdan Moskva Ankara ilə isti münasibətlərini qorumağa məcburdur. Rusiya Qara dənizin NATO dənizinə çevrilməsinin qarşısını ancaq Türkiyə ilə isti münasibətlər çərçivəsində ala bilər.

Əslinə Rusiya yaxşı anlayır ki, əgər Türkiyə ilə münasibətlər korlansa, bu ABŞNATO-nun mövqeyini gücləndirəcək. Məhz bu baxımdan Rusiya bütün məsələləri nəzərə alaraq Türkiyə ilə münasibləri korlamayacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar