Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA "Qarabağ"ın erməni təxribatı ilə üzləşdiyi stadionla bağlı ultimatum verib

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Lüksemburq "Düdelanj"ı Kipr APOEL-i ilə növbəti tur matçını öz stadionunda keçirməyə bilər...

"Report" "Lessentiel" portalına istinadən xəbər verir ki, səbəb “Jozi Bartel” stadionunun ot örtüyünün yararsız vəziyyətdə olmasıdır. Artıq UEFA bununla bağlı kluba ultimatum verib.

Lakin ot örtüyünü dəyişdirmək kluba 150 min dollara başa gələcək. Lüksemburq təmsilçisinin prezidenti Romen Şumaxer UEFA nümayəndələri ilə danışıqlar aparmağa çalışdığını açıqlayıb. O, təbii örtüyü sünisi ilə əvəzləməyi təklif edib. Bu isə kluba 50 min avroya başa gələcək. Klub ötən il eyni praktikadan yararlanıb. "Düdelanj" İspaniya "Betis"ini şaxtalı havada süni meydanda qəbul etməli olub. Görüş qolsuz yekunlaşıb.

O da bildirilir ki, bu mövsüm "Jozi Bartel"də Avropa Liqasının iki oyunu acınacaqlı şəraitdə keçirilib. Bunlardan biri "Düdelanj"ın "Qarabağ"a 1:4, digəri İspaniya "Sevilya"sına 2:5 hesabı ilə məğlub olduğu qarşılaşmadır. Noyabrın 17-də isə Lüksemburq yığması bu arenada Portuqaliyanı qəbul edib. İtaliya "Yuventus"unda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldu 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra buranı "kartof sahəsi" adlandırıb.

Hazırda "Düdelanj" - APOEL oyununun ölkədən kənarda keçirilmə ehtimalı da var. Mümkün variantlar kimi Lüksemburqun Virton, Almaniyanın Kayzerslautern və Fransanın Mets şəhərləri göstərilir.

Avropa Liqasının A qrupunda yer alan "Qarabağ"ın Kipr APOEL-i ilə birgə 4 xalı var. Lakin APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var. Noyabrın 28-da keçiriləcəcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Eyni vaxtda APOEL-in "Düdelanj"la səfər matçı start götürəcək. Azərbaycan komandası növbəti mərhələ şansını qorumaq üçün "Sevilya"dan xal almalı və ya APOEL-in xal itirəcəyinə ümid etməlidir.

Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”la görüşünün 30-cu dəqiqəsində ikinci qolundan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib. Matç "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 4:1.

pia.az


Etiket: UEFA "Qarabağ"


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar