Cümə axşamı, 04 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

UEFA mövsümü başa vurmağın üç yolunu təqdim etdi - biri o birindən pis...

UEFA Avropa çempionatlarında mövsümlərin seçim variantlarını bəyan edib – istənilən halda klublar daxili çempionatları başa çatdırmalıdır. Demək olar ki, istənilən halda... 

Aprelin 1-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) bütün milli federasiyaların rəhbərlərinin iştirakı ilə video konfrans keçirəcək. Konfransda fasilə verilmiş mövsümü başa çatdırmaq üçün UEFA rəhbərliyinin təklif etdiyi yollar müzakirə ediləcək.

Qaynarinfo xəbər verir ki, MK-Sport təklif olunan variantları araşdırıb və onlardan heç birinin mükəmməl olmadığı qənaətinə gəlib.

Bu yaxınlarda, UEFA Avropa futbol liqalarında mövsümlərin son tarixini - 30 iyun elan etdi. O vaxt bu real və məqbul görünürdü. Lakin vaxt keçir və əksər ölkələrdə koronavirus pandemiyası hələ də zəifləmək bilmir, daha da zirvəyə yüksəlir.

Bir çox çempionatlarda mövsümü bu deyilən vaxta qədər başa çatdırmaq fiziki cəhətdən mümkün olmayacaq. Məsələn, İtaliyada karantin ən azı 3 maya qədər uzadıldı və bütün bunlardan sonra oyunçuların formaya düşməsi üçün bir neçə həftə vaxt lazımdır. Şərti olaraq mayın 17-dən iyunun 30-dək 4 ertələnən oyun da daxil olmaqla 12 turu keçirməyə imkan yoxdur. Hələ üstəlik bir də kuboklar var.

Oyunu nəyin bahasına olursa-olsun, bitirmək

Budur, UEFA-nın prezidenti Aleksndr Çeferin o üç yeni variantı səsləndirib: nikbin, real və pessimist. Bir dördüncü – ekstren seçim də var, lakin tam hazır deyil. Xatırladaq ki, bundan əvvəl çempionatların aprel ayının sonu və mayın əvvəlində yenidən açılmasına nikbin yanaşılırdı.
İndi ən yaxşı seçim kimi çempionatları may ayının ortalarında bərpa etmək hesab edilir.
Realist ssenariyə əsasən, çempionatların yenidən başlama tarixinin iyunun əvvəlinə təyin edilməsi daha doğru görünür. Elə də təmtəraqlı olmasa da, bu variantda yenə də mövsümü iyunun sonunda davam etdirmək və yenisinə başlamazdan əvvəl bitirmək mümkün olacaq.
Ekstern variant - mövsümün iyul-avqustda bərpasını məcburiyyət üzündən növbəti mövsümün başlanğıcını sürşüdürməkdir. Bu vəziyyətdə, 2020-2021 mövsümü indi heç kimin anlaya bilmədiyi bir prinsipə əsasən yarımçıq qalacaq – çünki bütün bunlardan sonra o mövsümü gələn il Avro-2020-yə görə mayın ortalarında başa çatdırmaq da lazımdır.

UEFA prezidentinin təklif etdiyi təkliflərdə əsas şey cari mövsümü nəyin bahasına olursa-olsun, hətta boş tribunalara baxmayaraq keçirməkdir:

- Mövsümü yenidən başlamaq mümkün olmasa, yəqin ki, o itirilmiş olacaq. Bütün qarşılaşmaları tamaşaçısız təsəvvür etmək mənim üçün çətindir, amma alternativi yoxdursa, nəticələri ləğv etməkdənsə, çempionatı boş tribunalarla bitirmək daha yaxşıdır", - prezident deyib.

Rusiyada pis olan nədir?

Rusiya bu günə qədər bu problemlərdən narahat deyil - çempionatın sonuna cəmi 8 tur qalıb – dünya əsas liqaların hər birindən az. Çtdırmaq realdır – təki istək olsun. Avropaya qalanda isə vəziyyət daha pisdir. Bundesliqada minimum tapşırıq 9 turdur. Ən pisi A seriyasındadır - 12 tur.

Ancaq avropalıların düşünmədiyimiz bir üstünlüyü var. Onlarda koronavirus iki-üç həftə əvvəl ən yüksək həddə çatdı. Rusiyada isə hələ yenicə qızşır. Hökumət artıq hərəkətə keçib, ancaq Avropada da eyni addım atıldı. Lakin virus yenə də yayılırdı. Beləliklə, Avropanın oynamağa başlayacağı vaxt ruslar hələ də evdə oturacaq.

Avropada nə səhv var?

Çeferin variantları sadaladı. Bu, sanki hər kəsi sakitləşdirdi. Suallar əsasən ekstern seçimə aiddir. Bəs niyə? Axı, başqa variantlarla, hətta nikbin olanlarında da bir çox ziddiyyətləri var.

Artıq klubların mövsümü iyunun 30-dək başa vurması üçün vaxt tapmadığı aydındır. Bu tarixi təxirə salmalısınız - yeni son tarixlər haqda düşünmək lazımdır. Ancaq UEFA tərəfindən şərti bir müddət irəli sürməklə qanuni sənədlər təqdim etmək tamamilə fərqli şeylərdir.

Əgər hələ başa düşməmisinizsə deyək – biz futbolçuların müqavilələri haqda danışırıq. Onların bir çoxunun müddəti başa çatır. Çoxu da 30 iyunda və bu tarix təsadüfən seçilməyib. Əgər turnirlər iyunun 30-dək bitməsə, futbol qaydalardan kənara çıxacaq. Məsələn, Villian, Mertens, Kavani, Götze, Dzyuba kimi oyunçular mövsüm sonunda müqaviləsiz qalacaqlar. Onlar nə etsinlər? Üstəlik hələ icarə müqavilələri də var, onların da əksəriyyəti ümumiyyətlə may ayının sonunda başa çatır. UEFA prezidenti bu barədə heç nə demir. Bəs transfer pəncərəsi necə olacaq?

Mükəmməl variant müqavilələri müddəti bitmədən uzatmaqdır. Ancaq birincisi, UEFA-nın belə bir səlahiyyəti yoxdur. İkincisi, bütün futbolçular buna getməzlər - çoxları öz klubları ilə münaqişə içindədir.

Hə, ən gülməlisi isə - bütün çempionatlar üçün UEFA-nın eyni tarix müəyyən etmək planıdır. Doğurdanmı Çeferin fikirləşir ki, bir sehrli çubuqla bütün liqaları eyni vaxtda bərpa etmək üçün bir tarix müəyyənləşdirmək mümkündür? Okey, deyək ki, mayın 15-ə qədər İtaliyada virusa qalib gələcəklər və oyunları davam etdirə biləcəklər. İspaniyada isə hələ də karantin olacaq. Yaxud bu vaxt pandemiya İngiltərə və ya Rusiyanı iflic edəcək.

Ancaq ondan da gülməlisi milli çempionatlara dair qərarın verilməsinin UEFA-nın səlahiyyətində olmamasıdır. Yaxşısı qoy UEFA Avrokuboklar haqda düşünsün. Üstəlik, cari deyil, növbəti mövsümlə bağlı. İndi əsas odur ki, bütün ölkələrə növbəti mövsüm Avrokuboklarda iştirak edəcək komandaların adlarını müəyyən etmək üçün son tarix təyin edilsin. Bu, mümkün olan ən son tarix olmalıdır. O tarixdən etibarən artıq yeni strukturu planlaşdırmaq olar.

Avrokuboklarda iştirak edəcək komandaları necə müəyyən edəcəyinə isə hər ölkə özü qərar versin. Bunu istər püşk, istər başqa bir yolla müəyyənləşdirməyi isə qoy FİFA ilə aydınlaşdırsınlar. Bunda qorxulu heç bir şey yoxdur, çünki bir vaxtlar SSRİ milli komandasının taleyini də bir qəpk püşkü müəyyən edib.

Xatıladaq ki, 50 il əvvəl, 1968-ci ildə Avropa Çempionatının yarımfinal mərhələsində oynanılan İtaliya – SSRİ millisi arasında baş tutan oyunun əsas vaxtı qolsuz tamamlanmışdı. Artırılan 30 dəqiqə ərzində də tərəflər qol vura bilməmişdi. Turnirin qaydalarına əsasən isə əgər oyunun əsas və artırılmış vaxtı heç-heçə bitirdisə, finala yüksələn komanda qəpik püşkü ilə müəyyən edilirdi. Bu qaydanı tətbiq edən təşkilatçıların fikirlərinə görə, oyun bərabərə bitirdisə, hər iki komanda bu yolla finala yüksəlməyə layiq hesab edilirdi. Həmin il isə finala İtaliya millisi yüksələ bilmişdi.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: UEFA


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İki ay ərzində küçəyə çıxma qadağası təklif edildi - Rəsmi

Deputat: "Həftəsonu çölə çıxma qadağasının tətbiqi nəticə verəcək"

Etibar Məmmədov: "Pənah Hüseynə bildirmişəm ki, bunun nəticəsi sizin üçün pis olacaq"

Cavid Qurbanovun oğlunun biznesi - Siyahıda "KFC"-dən başqa nələr var?

Ali Məclisin sədrinin oğlu daha iki şirkət təsis etdi

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - Siyahı

Sabiq deputatın şirkəti Moskvada 1.5 milyarda yarımçıq bina alır

Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi

Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur? - Video

11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovu kimlər qoruyur?

loading...

Ən çox oxunanalar