Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA Bakı Olimpiya Stadionuna 979 min manat ayırıb

2018-ci ildə AFFA-nın balansında olan stadionların, Futbol Akademiyasının və milli komandaların məşq mərkəzlərinin saxlanılması üçün 1 milyon 856 min 207 manat sərf olunub

Bu barədə milli assosiasiyanın müvafiq dövrü əhatə edən Hesabatında bildirilir. Bu vəsaitin 416 min 83 manatı Bayıl stadionu və akademiyası, 462 min 952 manatı “Dalğa Arena”, 272 min manatı Bakı Olimpiya Stadionu (BOS), 379 min 4 manatı Təlim Məşq Bazası, 172 min 654 manatı Futbol Akademiyası, 86 min 980 manatı Binə stadionu, 66 min 534 manatı isə Ağsu stadionuna ayrılıb.

Müqaviləyə əsasən, baş sponsor SOCAR-dan əlavə daxil olan 746 min 950 manat maliyyə vəsaiti BOS-un hesabına köçürülüb. Daha 979 min manat isə bu arenaya UEFA-dan daxil olub. Əvəzində Avropa futbol qurumunun Millətlər Liqası, Avropa Liqasının final oyunu, o cümlədən, AVRO-2020-nin 4 qarşılaşması və həmçinin digər mötəbər tədbirlərin fərqli əməliyyat protokolları çərçivəsində keçirilməsi ilə əlaqədar çoxsaylı tamaşaçı kütləsinin idarə edilməsi, biletlərin yoxlanılmasının sürətləndirilməsi və azarkeşlərin bilet nöqtələrinə daha tez çatmasının təmin edilməsi məqsədilə stadionda əməliyyat sistemləri barkodları və radio tezlik identifikasiyasılarını oxuya bilən turniket avadanlıqlarının quraşdırılması tələbi irəli sürülüb.

Vəsait qeyd edilən turnir və oyunlara dəstək çərçivəsində aidiyyatı xərclərin qarşılanması məqsədilə AFFA-nın vasitəçiliyi ilə Bakı Olimpiya Stadionunun infrastrukturuna uyğun olan turniketlərin quraşdırılması üçün ayrılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar