Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA Avropa Liqasının final oyununun siyasiləşdirilməsi cəhdləri ilə bağlı Rusiya XİN-dən açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova açıqlama verib

İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ənənəvi olaraq keçirdiyi brifinqdə deyib.

Bakıda UEFA Avropa Liqasının mayın 29-da keçirilən final oyununun siyasiləşdirilməsi cəhdləri ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, buna uyğunlaşmağa çalışsaq da, o demək deyil ki, bu cəhdlərlə razılaşırıq:

"İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir. İdman birləşməyi təşviq edir, parçalanmağı yox. Yada salmaq lazımdır ki, antik dövrdən etibarən belə bir ənənə mövcuddur ki, münaqişələrin qarşısını almaq üçün müxtəlif idman yarışları təşkil olunur. Biz 21-ci əsrdə bu ənənəni yaşatmalıyıq".

Təhlükəsizlik məsələlərinə gəldikdə, rusiyalı rəsmi qeyd edib ki, Bakını qorxulu şəhər adlandırmaq çətindir:

"Mən böyük məmnuniyyətlə Bakıya səfər edir, nazirlik əməkdaşı kimi rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edirəm. Son 10 ildə Azərbaycan paytaxtında baş verən müsbət dəyişiklikləri qeyd edə bilərəm. Bakı mənim məmnun qaldığım şəhərlər sırasındadır".

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında "Çelsi" komandası "Arsenal"ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.(trend)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar