UEFA 2020-ci ildə keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı ilə bağlı qərarını verib.
PİA.az-ın məlumatına görə, final mərhələsi Şimali İrlandiyada keçirilməli olan turnir ləğv edilib.
Buna koronavirus pandemiyası səbəb olub. Hazırki durumu nəzərə alan qurum belə addım atmağa məcbur olub.
Final mərhələsinin 5 ən yaxşı komandası U-20-lərin dünya çempionatına vəsiqə qazanmalı idi. UEFA bu vəsiqələri ən yüksək reytinqlilərə - İngiltərə, Fransa, Niderland, İtaliya və Portuqaliyaya verib.(Apasport.az)
pia.az