Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA avrokuboklar üçün mükafat fondunu azaldır

UEFA rəhbərliyi Çempionlar LiqasıAvropa Liqasında iştirak qarşılığında klublara verilən mükafatların qarşıdakı 5 mövsümdə azaltmağı qərara alıb.

"Report"un məlumatına görə, bu barədə "The Times" nəşri əldə etdiyi UEFA-nın məktubunun mətninə əsasən xəbər yayıb.

Əsas səbəb kimi ötən avrokubok mövsümündə koronavirus pandemiyası ilə əlaqədar gəlirlərin azalması göstərilib. UEFA 2019/2020 mövsümündə teleyayım və sponsorluq müqavilələri hüququnun satışından 566 milyon ABŞ dollarınadək itirib. Qitə futbol təşkilatı təxirə salınmış matçların möhlətinə görə yayımçı şirkətlərə və sponsorlara kompensasiya ödəməli olub.

Digər səbəb isə pley-off oyunlarının sayında azalmadır. Çempionlar LiqasıAvropa Liqasında 1/4 finaldan etibarən bütün qarşılaşmalar iki yox, bir oyunluq formatda keçib. Avropa Liqasında da 1/8 final cütlərindən 2-də bir qarşılaşma oynanılıb.

Qeyd edək ki, Çempionlar Liqasında 2020/2021 mövsümünün qrup mərhələsi oktyabrın 20-də, Avropa Liqasında isə oktyabrın 22-də başlayacaq. Azərbaycanı Avropa Liqasının qrup mərhələsində "Qarabağ" təmsil edəcək. Çempionlar Liqasında pley-off istisna olmaqla, təsnifat mərhələlərinin hamısı bir matçdan ibarət olub. Qrup və pley-off mərhələlərinin isə ənənəvi formatda təşkili nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar